...

Türkmənistanda narkotika alveri ilə məşğul olan böyük qruplaşma zərərsizləşdirilib - KİV

Siyasət Materials 13 İyun 2009 12:36 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 13 iyun / Trend , müxbir H.Həsənov /

"Narkotiklərlə Mübarizə üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Serdar Batırov, qanunsuz narkotika alveri ilə məşğul olan böyük qruplaşmanın aşkar olunması faktı haqda məruzə edib", - dövlət xəbər xidməti Türkmen Dövlet Xabarları (TDX) xəbər verir.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Daşoğuz rayonunda yaşayan Rahatay Razzakova və onun yaxın qohumları həbs edilib. 2004-cü ildən etirbarən onlar Türkmənistana dəfələrlə böyük heroin partiyaları gətirib. Müəyyən olunub ki, narkotiklərin qanunsuz satışından əldə olunan vəsaitlərə ev və mənzillər, mağazalar, avtomobillər və b. alınıb, qohumlar və başqa şəxslərin adına qeydiyyatdan keçirilib.

"Cinayətkarların qeyri-qanuni fəaliyyətlərinə əşyayi-dəlil kimi heroin, dollar və manatlarda böyük pul vəsaitləri, qızıl və brilyant zinət əşyaları, həmçinin adi və yük avtomobilləri, evlər, mənzillər, gözəllik salonu da daxil olmaqla mağazalar müsadirə edilib", - ТDХ yazır.

Bu xəbər Nazirlər Kabinetinin son iclasında müzakirə edilib. "Görülən tədbirlərə baxmayaraq, cəniyət üçün böyük təhlükə olan şərin kökü hələ kəsilməyib", - Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhammedov deyib. Bununla əlaqədar olaraq o, narkotiklərin yayılması və istifadəsinə qarşı birgə səylərin artırılmasının vacibliyinə diqqət yönəldib.

"Biz başımızın üstünü alan təhlükəni tam şəkildə anlamalı və bütün dünya ictimaiyyəti ilə qüvvələrimizi birləşdirməliyik", - türkmən lider davam edib və əlavə edib ki, "bu, bu gün çox vacib olan məsələ ancaq birlikdə, heç kimi etinasız qoymadan həll edilməlidir".

Prezident hüquq-mühafizə orqanları ilə yanaşı, ictimai təşkilatların, təhsil, səhiyyə və yerli hakimiyyət orqanlarının da fəal şəkildə qoşulmasının lazım olduğu profilaktik işlərin vacibliyini vurğulayıb. Onlar ilk növbədə gənclər və yüksək risk qrupları ilə mütəmadi izahedici-profilaktik tədbirlərin keçirilməsinə xüsusi diqqət ayırmalıdırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti