...

Gürcüstanın Həmkarlar İttifaqı xalqı BMT Təhlükəsizlik Şurasının iclası ilə əlaqədar fəallıq göstərməyə çağırır

Siyasət Materials 15 İyun 2009 14:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi. 15 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Gürcüstanın Həmkarlar İttifaqı Birliyi əhalini və xaricdə yaşayan vətəndaşları BMT Təhlükəsizlik Şurasının iclası öncəsində maksimal fəallıq göstərməyə - ölkənin milli maraqlarının ikinci plana keçməməsi məqsədilə qanun çərçivəsində bütün üsullardan istifadə etməyə çağırıb.

"Beynəlxalq cəmiyyət bir daha əhalinin Abxaziya və Cənubi Osetiya məsələlərinə həmrəy münasibətinin şahidi olmalıdır. Ölkənin ərazi bütövlüyünün bərpa olunması BMT-nin qəbul etməli olduğu qətnamədən çox asılıdır. Gürcüstanın milli maraqları maksimum dərəcədə nəzərə alınmalıdır, bunun üçün isə bizim birliyimiz  vacibdir", - Həmkarlar İttifaqının müraciətində deyilir.

BMT Təhlükəsizlik Şurası bazar ertəsi missiyasının Gürcüstanda mandatının uzadılması məsələsinə baxacaq və müvafiq qətnamə qəbul edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti