...

İran Prezidentinin andiçmə mərasimi 26 iyul-19 avqust tarixləri arasında keçiriləcək – İİR parlamenti

Siyasət Materials 23 İyun 2009 15:03 (UTC +04:00)

İran parlamenti bəyan edib ki, yenidən İranın preizdenti seçilmiş Mahmud Əhmədinejadın andiçmə mərasimi və yeni Nazirlər Kabinetinin təsdiqlənməsi 26 iyul-19 avqust tarixləri arasında keçiriləcək. Bu barədə MEHR agentliyi bildirib.

Qanunverici orqandan bildirilib ki, sözügedən tədbirlərin keçirilmə dövrü parlamentin iyulun 4-dən 26-na kimi yay tətilinə çıxması ilə əlaqədardır.

İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı prezidenti Əhmədinejad səslərin 62,63%-i toplayıb. Onun əsas rəqibi Mir Hüseyn Musəvi isə səslərin 33,75%-i toplayıb. Musəvi seçkilərin nəticələri elan olunmamışdan öncə qələbə qazandığı barədə bəyan etsə də, sonradan hakimiyyəti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərdən narazı qalanların etiraz aksiyaları toqquşmalara səbəb olub.

Xəbər lenti

Xəbər lenti