...

AŞ PA İranla bağlı Qətnamə qəbul edib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 25 İyun 2009 15:43 (UTC +04:00)
AŞ PA İranla bağlı Qətnamə qəbul edib (ƏLAVƏ OLUNUB)

Fransa, Strartsburq, 25 iyun / Trend , müxbir A.Məhərrəmli /

AŞ PA İranla bağlı Qətnamə qəbul edib. Bu barədə qərar AŞ PA-nın cümə axşamı səhər iclasında "İrandakı vəziyyət" adlı məruzə ətrafında aparılan müzakirələrin sonunda qəbul edilib.

Müzakirələrdə çıxış edən deputatlar iyunun 13-dən etibarən ölkədə baş verən hadisələri kəskin şəkildə pisləyiblər. Çıxış edənlər hal-hazırda ən böyük narahatçılığın İranda insan haqlarının vəziyyəti və dinc nümayişçilərə qarşı güc və zorakılığın tətbiq edilməsi ilə bağlı olduğunu bildiriblər. Məruzəçilər İran xalqının xoş gələcəyin təmin edilməsində, demiokratiyanın, fundamental azadlıqların təmin edilməsində AŞ-nin, Avropanın fəal rol oynamasının vacibliyini vurğulayıblar.

Qətnamədə bildirilir ki, 12 iyundan sonra ölkədə baş verən nümayişlər 1979-cu il inqilabından sonra baş vermiş ən əhəmiyyətli nümayişlərdir.

"İyunun 12-də keçirilən prezident seçkiləri üzrə nəticələrin elan olunmasından sonra başlayan nümayişlərdə  müxalifət tərəfdarları seçkinin nəıticələrinin ləğv edilməsi tələbinin irəli sürüblər. Hakimiyyət orqanları isə zor tətbiq edərək yüzlərlə insanı həbs edib, ifadə azadlığına ciddi qadağalar tətbiq edib. Bu, ciddi narahatlıq doğurur", - Qətnamədə vurğulanır.

"İrandakı mövcud vəziyyətin dinc yolla və uzunmüddətli həllinə, eləcə də regiondakı sabitliyin və sülhün bərqərar olmasına gedən yeganə yol demokratiya, insan haqlarına və hüquqi dövlət prinsiplərinə hörmətdən keçir. AŞ PA İran parlamenti və ölkənin müxalif qüvvələri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə konstruktif dialoqun qurulmasına hazırdır", - Qətnamədə qeyd edilir.

AŞ PA İran hakimiyyətini dinc nümayişçilərə qarşı güc və zor tətbiq etməməyə, həbs olunmuş insanları, o cümlədən siyasi xadim və ziyalıları azad etməyə, mətbuat azadlığına qoyulmuş qadağaları aradan qaldırmağa, xüsusilə müxalif mətbuatın bağlanılmasının qarşısını almağa, xarici jurnalistlərin cəzalandırılması və ölkədən çıxarılması hallarına son qoymağa çağırıb.

AŞ PA İran hakimiyyətini seçki prosesi zamanı baş vermiş pozuntu hallarının müstəqil şəkildə araşdırılmasına imkan verməyə, ölkənin siyasi həyatında konstruktiv dialoq qurmağa, yeni ABŞ administrasiyasının yeni yanaşmasına müsbət cavab verməyə və qarşılıqlı etimad mühitinin yaradılması məqsədilə beynəlxalq ictimaiyyətlə dialoq qurmağa dəvət edib. "İran dialoq yolunu seçməlidir", - Qətnamədə vurğulanıb.

Bundan əlavə, AŞ PA qurum yanında müşahidəçi statusunda iştirak edən ölkələri də İran hakimiyyəti ilə əlaqələri gücləndirməyə və dərin siyasi dialoq qurmağa çağırıb.

Qətnamə layihəsi iki dəyişiklik edilməklə qbul edilib.

Xəbər lenti

Xəbər lenti