...

Azərbaycan Prezidenti Dövlət Statistika Komitəsi haqqında yeni əsasnaməni və komitənin strukturunu təsdiqləyib

Siyasət Materials 25 İyun 2009 16:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Dövlət Statistika Komitəsinin fəaliyyətinin normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi üçün dövlət komitəsi haqqında əsasnamə və komitənin strukturu təsdiqlənib. 

Nazirlər Kabinetinə qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması haqqında təkliflərini bir ay ərzində hazırlanıb dövlət başçısına təqdim edilməsi tapşırılıb.

Bundan əlavə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparatının və onun strukturuna daxil olan qurumların işçilərinin say həddinin müəyyən edilməsi də tapşırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti