...

Hakimiyyət prezidentliyə sabiq namizəd Musəvini təcrid edir və ona təzyiq göstərir

Siyasət Materials 25 İyun 2009 17:03 (UTC +04:00)
Hakimiyyət prezidentliyə sabiq namizəd Musəvini təcrid edir və ona təzyiq göstərir

İran müxalifətinin lideri Mir Hüseyn Musəvi ilk dəfə cümə axşamı bildirib ki, hakimiyyət prezident seçkilərinin saxtalaşdırılması barədə ittihamlarını dayandırmağa məcbur edərək onu təcrid edir və təzyiq göstərir. Eyni zamanda hakimiyyətdə sərt xəttin tərəfdarı olan yeni seçilmiş Prezident Mahmud Əhmədinejad ABŞ Prezidenti Barak Obamanı çox sərt şəkildə tənqid edib. Bu barədə Musəvinin rəsmi saytı "Kalemeh" xəbər verib.

Musəvi öz saytında ilk dəfə, özünün dediyi kimi "onun getdikcə artan çətinlikləri" barədə bəyanat verib. O bildirib ki, son zamanlar ona iyunun 12-də keçirilmiş seçkilərdə saxtalaşdırmalar haqqında ittihamları üzündən güclü təzyiq göstərilir. Musəvi onu da əlavə edib ki, onun xalqa çıxışı "tamamilə məhdudlaşdırılıb".

Xəbər lenti

Xəbər lenti