...

İran Xəzər regionu ölkələrini yeni neft kəmərinin sərmayələşdirilməsinə dəvət edir - "Neka-Cask" layihəsinin rəhbəri ilə müsahibə

Siyasət Materials 27 İyun 2009 10:53 (UTC +04:00)
İran Xəzər regionu ölkələrini yeni neft kəmərinin sərmayələşdirilməsinə dəvət edir - "Neka-Cask" layihəsinin rəhbəri ilə müsahibə

Bakı, Azərbaycan, 25 iyun / Trend , T.Cəffərov /

Trend -ın İranın Oil Engineering and Construction Company (NIOEC) direktoru və Neka-Cask neft kəmərinin inşası layihəsi üzrə  icraçı direktoru Əliəsgər Sacedi ilə müsahibəsi

- Xəzər regionunu Fars körfəzi ilə birləşdirən Neka-Cask neft kəmərinin inşası layihəsi hansı mərhələdədir?

- Bizim Rusiya və Qazaxıstan şirkətləri ilə özəl müzakirələrimiz olub, onları Cask kəmərinin tikintisinə müştərək sərmaye yatırmağa dəvət etmişik. Biz boru kəmərinə sərmayə yatırmaq istəyən bir neçə şirkətlər ilə müzakirələr aparırıq. Artıq İranın Neft Nazirliyi ilə bu yaxınlarda müqavilə imzalayan Rusiyanın Qazprom şirkəti ilə bu layihəyə sərmayə yatırmaq barədə müzakirə aparmışıq. Həmin müqavilədə Cask boru kəməri ilə bağlı bir bənd yer almışdı. Qazprom bu layihədə müştərək sərmayə yatırmağa maraqlıdır. Hələlik detallar müzakirə olunmayıb.

- Layihənin texniki iqtisadi əsaslandırması hazırdırmı? 

- Hazırda bu boru kəməri ilə bağlı layihə hazırdır. Layihəyə dəyişiklərin edilməsi istisna edilmir. Ekoloji səbəblərdən boru kəmərinin marşrutunda dəyişikliklərin olunması ehtimal olunur. Ekologiya nazirliyi boru kəmərinin salınmasında dəyişikliklər edərsə onun uzunluğu dəyişə bilər.

Diametri 42-48 düyum olan boru kəmərinin gücü sutkada bir milyon barel neft təşkil edəcək. Bundan başqa Kəmərin giriş və cixışında iki neft terminalı tikiləcək. Hazırda Neka terminalının xam neft tutumu və ixrac potensialını artırmaq məqsədi ilə bu terminalın inkişaf etdirilməsi işlərini həyata keçiririk.

- Layihənin icrası üçün nə qədər sərmayə yatırılması planlaşdırılıb?

- Boru kəmərinin dəyəri 3.3 milyard dollar təşkil edəcək. Tikiləcək iki terminalın dəyəri isə bu məbləğə daxil deyil. Əgər sonradan terminalların tikilməsi  boru kəmərinin tikilməsi layihəsinə birləşdirilsə, onda investorlarla əlavə müzakirələr aparilacaq.

- Azərbaycanın bu layihəyə qoşulması üçün hər hansı addımlar atılıbmı?

- Biz Azərbaycan şirkətlərinin bu layihəyə qoşulmasını alqışlayırıq və bunda maraqlıyıq. Onlar müraciət edərlərsə biz onlarla müzakirələr aparmağa hazırıq.

Xəbər lenti

Xəbər lenti