...

Azərbaycan və İsrail iki dövlətlərarası saziş imzalayıb

Siyasət Materials 29 İyun 2009 00:03 (UTC +04:00)
Azərbaycan  və İsrail iki dövlətlərarası saziş imzalayıb

Bazar günü geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin iştirakı ilə dövlətlərarası sənədlərinin imzalanması mərasimi olmuşdur. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında mədəniyyət, təhsil və elm sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın mədəniyyət və turzim naziri Əbülfəs Qarayev və İsrailin elm və texnologiya naziri Daniel Herşkovitz imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və İsrailin milli infrastruktur naziri Uzi Landau imzaladılar.

Xəbər lenti

Xəbər lenti