...

ATƏT-in Gürcüstanda missiyası başa çatıb

Siyasət Materials 30 İyun 2009 15:05 (UTC +04:00)
ATƏT-in Gürcüstanda missiyası başa çatıb

Gürcüstanın, Tbilisi, 30 iyun / Trend , müxbir N.Kirsxalia /

Bu gün səhər Karel rayonunun Karaleti kəndində, Gürcüstan-Osetiya münaqişə zonasında  yerləşən ATƏT müşahidəçiləri missiyasının əsas bazası bağlanıb.

Ərazidə yalnız obyektlərin mühafizəsi üçün yerli sakinlər qalıb.

ATƏT-in Gürcüstanda müşahidə missiyasının rəhbəri Terri Xakkala bəyan edib ki, ATƏT-in Gürcüstanda missiyasının bağlanmasını yalnız Rusiya tələb edib və bu, regionda vəziyyətin stabilləşməsinə xidmət etmir. " Bizim missiyamızın bağlanmasından sonra Tsinxvali regionunda qalan Avropa İttifaqı müşahidəçiləri üçün öz funksiyalarını yerinə yetirmək çətin olacaq və bu, yerli əhalinin təhlükəsizliyinin təmin edilməsinə mənfi təsir göstərə bilər", - o deyib.

Rusiyanın təkidi ilə Gürcüstanda iki müşahidə missiyası (BMT və ATƏT) bağlanıb. Orada yalnız Aİ-nin müşahidəçiləri fəaliyyət göstərəcək və onlar  Medvedyev-Sarkozi razılaşmasına baxmayaraq, Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiya ərazilərinə daxil ola bilməzlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti