...

Azərbaycan Prezidenti fransalı həmkarına başsağlığı verib

Siyasət Materials 30 İyun 2009 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun / Trend /  

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Nikola Sarkoziyə "Yəmən Hava Yolları" şirkətinə məxsus A310 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda Fransa vətəndaşının həlak olması ilə bağlı başsağlığı ünvanlayıb. Məlumatı çərşənbə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fransa xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.", - məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti