...

BMT-nin eksperti Qazaxıstanda dini və etnik azlıqların bərabərliyi vəziyyətini öyrənir

Siyasət Materials 7 İyul 2009 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend , müxbir Y.Ostapenko /

BMT-nin azlıqların məsələləri üzrə müstəqil eksperti Qey Makduqal Qazaxıstanda diskriminasiya, etnik və dini azlıqların bərabərliyinin təmin edilməsi məsələl'rini müzakirə edəcək. Bu barədə BMT-nin rəsmi məlumatında deyilir. 

Makduqal bazar ertəsi Qazaxıstan hökumətinin dəvəti ilə Astanaya gəlib. Səfəri çərçivəsində diskriminasiyanın aradan qaldırılması, etnik və dini azlıq nümayəndələrinin bərabərliyinin təmin edilməsi üçün hökumət tərəfindən həyata keçirilən qanunvericilik, inzibati və praktiki tədbirləri öyrənəcəklər.

Hökumət nümayəndələri, qeyri-hökumət təşkilatları və azlıqların liderləri ilə görüşlər planlaşdırılıb.

Qazaxıstana səfəri çərçivəsində azlıq məsələləri üzrə müstəqil ekspert məruzə hazırlayacaq və BMT-nin İnsan Haqları Şurasının sessiyasında iştirakçıların müzakirəsinə verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti