...

Çin hökuməti Sinszyanda baş verənləri araşdırmalıdır - Türkiyə Prezidenti

Siyasət Materials 10 İyul 2009 17:05 (UTC +04:00)
Çin hökuməti Sinszyanda baş verənləri araşdırmalıdır - Türkiyə Prezidenti

Prezident Abdulla Gül Türkiyənin Çinin Sinszyan-Uyğur muxtar vilayətində baş verən hadisələri izlədiyini və Çin hökumətinin baş verənləri araşdırmalı olduğunu deyib. Bu barədə Türkiyənin ANADOLU informasiya agentliyi məlumat verib.

Trend -un arayışı: İyilun 6-da Çinin Sinszyan-Uyğur muxtar rayonunda bazar günü başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb. İğtişaşlar bazar günü axşam saatlarında rayonun inzibati mərkəzi olan Urumçi şəhərində başlayıb. Şahidlərin verdiyi açıqlamalara görə, toqquşmalar dükanlar və avtomobillərin yandırılması, qarət halları ilə müşahidə olunub. Yerli hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, 156 nəfər həlak olub, 816 nəfər yaralanıb. Daha öncə üç mülki şəxs və bir polisin ölümü barədə məlumat verilmişdi. Urumçidə etiraz edənlər bu yaxınlarda Quandun əyalətindəki oyuncaq fabrikində işçilər arasında baş verən qarşıdurma zamanı iki uyğurun öldürülməsinə narazılıqlarını bildiriblər.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Çinin Sinszyan-Uyğur muxtar rayonunda uyğurlarla çinlilər arasında baş bermiş münaqişəyə münasibət bildirərək, uyğurlara qarşı edilən zorakılığa son qoyulmalı olduğunu bildirib. Türkiyənin bir çox əyalətlərində və böyük şəhərlərində etiraz aksiyaları keçirilməkdədir və bəzi qeyri hökumət təşkilatları Çin mallarını boykot etməyə çağırıb.

"Çinəd baş verən bütün hadisələri diqqətlə izləyirik və hesab edirik ki, Çİn kimi böyük bir dövlət baş verənləri araşdırmalıdır", - Türkiyə Prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti