...

Gürcüstan da "donuz qripi"nin təsir arealına düşdü – ÜST

Siyasət Materials 14 İyul 2009 19:53 (UTC +04:00)
Gürcüstan da "donuz qripi"nin təsir arealına düşdü – ÜST

Gürcüstan, Tbilisi, 14 iyul / Trend , müxbir N.Kirsxaliya /   

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Gürcüstan da donuz qripinin təsir arealına düşüb.

Sözügedən virus bütün qitələrə, o cümlədən Avropaya da yayılıb. Avropada 53 ölkənin 40-da yoluxma halı qeydə alınıb.

Gürcüstanın Səhiyyə Nazirliyindən verilən məlumata əsasən, bir neçə aydır ki, ölkədə ilk yoluxma faktı aşkarlandıqdan sonra preventiv tədbirlər görülür. "Donuz qripi"nin qarşısını almaq məqsədi ilə konkret tədbirlər həyata keçirilir. Qida məhsullarına nəzarət gücləndirilib, gömrük məntəqələrində turistlər yoxlanılır və Səhiyyə Nazirliyi bütün şübhəli halları nəzarətə alır.

Avropada artıq 10 000-dən çox virusa yoluxma faktı qeydə alınsa da, "donuz qripi" əleyhinə hələ ki, vaksin hazırlanmayıb. Həkimlərin dediyinə görə, virus daha çox 15-30 yaş aralığında olan şəxslər üçün təhlükəlidir.  

Məqalə müəllifi ilə əlaqə ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti