...

Azərbaycan Prezidenti Böyük Britaniyanın energetika və ətraf mühit məsələləri üzrə dövlət katibi ilə görüşüb

Siyasət Materials 15 İyul 2009 10:45 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Böyük Britaniyanın energetika və ətraf mühit məsələləri üzrə dövlət katibi Ed Milibənd ilə görüşüb. Bu barədə Azərtac Dövlət İnformasiya Agentliyi xəbər verib.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında rəsmi səfəri çərçivəsində Dövlət Neft Şirkəti ilə BP arasında sənədin imzalanması iki ölkənin energetika sahəsində əməkdaşlıqda etibarlı tərəfdaş olduğunu və işbirliyi üçün yaxşı perspektivlərin mövcudluğunu nümayiş etdirir.

Görüşdə energetika sahəsində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti