...

Gürcüstan və Polşa arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Siyasət Materials 16 İyul 2009 20:51 (UTC +04:00)
Gürcüstan və Polşa arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Gürcüstan və Polşa arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Gürcüstan, Tbilisi, 16 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan və Polşa arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. İki ölkənin regional qurumlarının başçıları David Tkeşelaşvili və Elizabeta Byankovska arasında imzalanan sənəd hər iki ölkənin regional inkişaf qurumları arasında uzunmüddətli əməkdaşlığı nəzərdə tutur.

Tkeşelaşvilinin sözlərinə görə, tərəflər bir-biri ilə təcrübəsini bölüşür və gələcəkdə Polşa tərəfi bu sahəyə sərmayə yatırmağı planlaşdırır.

"Bu, iki nazirlik arasında münasibətlərin başlanğıcıdır. Polşa üçün Gürcüstanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir, çünki bizi böyük dostluq əlaqələri birləşdirir", - Byankovska bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti