...

ABŞ Gürcüstanın daxili siyasətinə qarışmayacaq - "Gürcüstan naminə alyans"ın lideri

Siyasət Materials 23 İyul 2009 17:34 (UTC +04:00)
"Müxalifət Gürcüstanda demokratiyanın inkişaf səviyyəsinin iki ölkə arasındakı münasibətlərin əsas bünövrəsi olacağına ABŞ tərəfindən konkret təminat alıb", - ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşdən sonra "Gürcüstan naminə alyans" müxalifət partiyasının lideri İrakli Alasaniya bildirib.
ABŞ Gürcüstanın daxili siyasətinə qarışmayacaq - "Gürcüstan naminə alyans"ın lideri

Gürcüstan, Tbilisi, 23 iyul / Trend , müxbir N.Kirsxaliya /

"Müxalifət Gürcüstanda demokratiyanın inkişaf səviyyəsinin iki ölkə arasındakı münasibətlərin əsas bünövrəsi olacağına ABŞ tərəfindən konkret təminat alıb", - ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşdən sonra "Gürcüstan naminə alyans" müxalifət partiyasının lideri İrakli Alasaniya bildirib.

"Bu münasibətlər xarici təhlükədən yayınmağa yönəldiləcək, lakin demokratiyanın inkişafı ABŞ-ın Gürcüstanla bağlı siyasətində vacib məsələdir", - o qeyd edib.

"Bu mövqe dəqiq qeyd olunub və bu, gürcü cəmiyyəti üçün çox vacibdir", - Alasaniya bildirib.

Bununla yanaşı o vurğulayıb ki, ABŞ Gürcüstanın daxili işlərinə qarışmır və buna görə də növbəti prezident seçkilərinin tarixi, kimin prezident olacağı kimi məsələlər Baydenlə söhbətdə müzakirə olunmayıb.

"Bu açıq və təmiz söhbət idi. Biz ABŞ və Avropanın real tərəfdaşları olmaq istəyiriksə, daha demokratik ölkə olmalıyıq", - müxalif siyasətçi deyib.

"Gürcüstanı qoru!" hərəkatının lideri Levan Qaçeçiladze isə bildirib ki, ABŞ demokratik institut və islahatların inkişafında Gürcüstana kömək edəcək. "Görüşdə iki əsas prinsip qeyd olunub - Gürcüstanda kimin prezident olmasına, seçkilərin nə zaman keçirilməsinə yalnız Gürcüstan vətəndaşları qərar verir və ikincisi, Gürcüstanda demokratiyaya doğru addımlar atılmasa, ABŞ-ın köməyi də olmayacaq", - o bildirib.

Parlamentin sabiq spikeri Nino Burcanadze isə bildirib ki, demokratik bir dövlətin nümayəndəsi kimi Bayden ABŞ-ın Gürcüstanın daxili işlərinə qarışmayacağını deyib. "Bu bir demokratın bəyanatı idi və buna görə biz ona minnətdarıq", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti