...

Azərbaycan və Ukraynanın bəzi şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması barədə ilkin razılıq əldə olunub - səfir

Siyasət Materials 23 İyul 2009 17:13 (UTC +04:00)
"Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynanın iqtisadi və mədəni cəhətdən inkişaf etmiş regionlari ilə Azərbaycan regionları arasında əlaqələr yaradır. Qısa vaxt ərzində işlədiyimiz əlaqələrdən biri Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhəri ilə Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri arasında qardaşlıq əlaqələrinin yaranmasıdır", - Trend News-a Kiyevdən telefonla Ukraynanın Azərbaycandakı səfiri Tələt Əliyev bildirib.
Azərbaycan və Ukraynanın bəzi şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması barədə ilkin razılıq əldə olunub - səfir

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir C.Babayev /

Azərbaycan və Ukraynanın bəzi şəhərləri arasında qardaşlıq əlaqələrinin yaradılması barədə ilkin razılıq əldə olunub.

"Azərbaycanın Kiyevdəki səfirliyi Ukraynanın iqtisadi və mədəni cəhətdən inkişaf etmiş regionlari ilə Azərbaycan regionları arasında əlaqələr yaradır. Qısa vaxt ərzində gördüyümüz işlərdən biri Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhəri ilə Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhəri arasında qardaşlıq əlaqələrinin yaranmasıdır", - Trend -a Kiyevdən telefonla Ukraynanın Azərbaycandakı səfiri Tələt Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanın Sumqayıt və Ukraynanın Çerkask şəhəri, Şəmkirlə Nikoloyeva rayonu və bir neçə şəhərin qardaşlıq əlaqələrinin yaradılmasına nail olunub.

Səfirin sözlərinə görə, artıq Simferopol şəhərinin meri ilə görüş keçirilib.

"Görüş zamanı bu məsələni müzakirə etdik. Onlar bu məsələ ilə bağlı müzakirələr apardıqdan sonra bizim bu addımımızı müsbət qarşıladılar və bununla əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun adına rəsmi şəkildə müraciət etdilər və biz də həmin sənədi Azərbaycana göndərdik", - Əliyev deyib.

Diplomat Naxçıvan MR-in Ali Məclisinin sədri Talıbovun bu məsələni çox yüksək qiymətləndirdiyini və bunun vacibliyini qeyd etdiyini bildirib.

"Bundan əlavə biz Krım Muxtar Respublikasının Yalta şəhəri ilə Azərbaycanın Xaçmaz şəhəri arasında qardaşlıq əlaqələrinin qurulması istiqamətində işlər aparırıq. Bununla əlaqədar Yaltaya səfər edib, şəhərin meri ilə görüşdük. O da bu məsələ ilə bağlı fikirlərimizi bəyəndi. Məsələ ilə bağlı Xaçmaz rayonunun icra başçsı Şəmsəddin Xanbabayevlə əlaqə yaratdıq və fikrimizi bildirdik. Xaçmaz şəhərinin seçilməsi Prezident Administrasiyasına müraciət etdiyimiz vaxt təklif edilib. Hesab edirəm ki, bu da çox düzgün addımdır. Çünki Yalta bu gün Ukraynanın ən gözəl istirahət zonasına çevrilib və turizm axını olan regiondur. Bizdə isə Xaçmaz Xəzər dənizinin sahilində yerləşən, gözəl istirahət zonasına malikdir. Hər iki regionun qardaşlıq əlaqələrinin yaradılması bu zonalarda turizmin inkişafına böyük təsir göstərəcək. Artıq Yalta şəhəri merinin bu əlaqələrin qurulmasına yönəlik rəsmi məkutubu var və bu məktubu da biz Prezident Administrasiyasına təqdim etmişik", - səfir deyib.

Səfirin fikrincə, sentyabr ayında qardaşlıq əlaqələrinin qurulması istiqamətindəki işlər başa çatacaq. "Eyni zamanda Xarkov şəhəri ilə Gəncə şəhəri arasında əlaqələrin yaradılması istiqamətində də işlər aparılır", - Əliyev bildirib.

Onun sözlərinə görə, artıq Xarkov şəhərinin meri ilə görüş keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti