...

Azərbaycan Prezidenti İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunun tətbiq edilməsi haqqında sərəncam verib

Siyasət Materials 24 İyul 2009 20:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev “Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” 2009-cu il 30 iyun tarixli qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunun tətbiq edilməsi haqqında sərəncam verib

Azərbaycan Prezidenti İlham Əliyev "Mühasibat uçotu üzrə qanunvericiliyin, hesabat və məlumatların təqdim edilməsi qaydalarının pozulmasına görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə" 2009-cu il 30 iyun tarixli qanunun tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.


Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu qanuna uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək və səlahiyyətləri daxilində bu qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti