Sabiq ədliyyə naziri Mehmet Əli Şahin çərşənbə günü Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədri seçilib. Məlumatı RİA Novosti yayıb.
Ölkənin qanunverici orqanının başçısını üçüncü turda seçmək mümkün olub. Onun lehinə yerli parlamentin 550 üzvünün 338 deputatı səs verib.
Ədalət və İnkişaf (AKP) iqtidar partiyasını təmsil edən Şahin bu postda dörd il çalışan Köksal Toptanı əvəzləyib.
Parlamentin yeni başçısının 59 yaşı var. O, hazırda Baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Türkiyə iqtidar partiyasının təsisçilərindən, parlamentin son dörd çağırışının deputatlarından biridir.
Ərdoğanın hər iki hökumətində Şahin Baş nazirin müavini və sabiq Nazirlər Kabinetində dövlət naziri - ədliyyə naziri postunu tutub.