...

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi və fəal işlər görülür - Rusiyanın Baş naziri

Siyasət Materials 7 Avqust 2009 10:47 (UTC +04:00)

Rusiyanın Baş naziri Vladimir Putin Türkiyəyə rəsmi səfəri zamanı keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi və fəal işlər görüldüyünü bildirib. Bu haqda Türkiyənin ANADOLU agentliyi məlumat verib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi işlər görülür və münaqişənin həlli ilə bağlı çox ciddi və müsbət irəliləyişlər var. Moskva bu münaqişənin tezliklə həll edilməsini istəyir", - Putin bildirib.

Rusiaynın Baş naziri onu da qeyd edib ki, ölkəsi Qafqazda hər hansı münaqişənin olmasını istəmir. "Qafqazda münaqişələrin olması bölgə ölkələri ilə münasibətlərimizə kölgə salır", - deyə o əlavə edib.

Baş nazir onu da qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi hər zaman dəyişməz olub. "Biz münaqişə tərəflərinin əvəzinə hər hansı bir iş görə bilmərik. Lakin onlara münaqişənin həlli istiqamətinəd kömək edə bilərik", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti