Bakıda bazar ertəsi geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin iştirakı ilə Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimi olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Sazişlər metrologiya və standartlaşdırma, gənclər və idman və turizm sahəsində imzalanıb. Azərbaycan və Latviyanın dövlət başçıları birgə bəyannamə imzalayıb.
Azərbaycan-Latviya sənədlərinin imzalanması mərasimindən sonra Latviya Prezidenti Valdis Zatlersin və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltifolunma mərasimi keçirilib.
Sonra prezidentlər İlham Əliyev və Valdis Zatlers mətbuat üçün bəyanatlarla çıxış ediblər.