Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasi və Misir Ərəb Respublikası arasında hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə müştərək komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında sərəncam verib, bu barədə AzərTac Dövlət İnformasiya Agentliyi xəbər verib.
Sərəncama əsasən, komissiyanın həmsədri Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Şahin Mustafayev təyin edilib. Komissiyaya həmçinin Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini İlqar Fətizadə, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Azərbaycan Respublikası təhsil nazirinin müavini Elmar Qasımov, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Sabir İlyasov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov daxildir.