...

Gürcüstan rəhbərliyi müharibəni siyasi terror vasitəsilə yaddan çıxartmaq istəyir - Nino Burcanadze

Siyasət Materials 13 Avqust 2009 20:36 (UTC +04:00)
"Gürcüstan rəhbərliyi siyasi terror yolu ilə 2008-ci ilin avqustunda baş verən hadisələri yaddan çıxartmağa məcbur etmək istəyir", - cümə axşamı mətbuat konfransında "Vahid Gürcüstan - Demokratik Hərəkat"ın lideri Nino Burcanadze deyib.
Gürcüstan rəhbərliyi müharibəni siyasi terror vasitəsilə yaddan çıxartmaq istəyir - Nino Burcanadze

Gürcüstan, Tbilisi, 13 avqust / Trend , müxbir N.Kirsxaliya /

"Gürcüstan rəhbərliyi siyasi terror yolu ilə 2008-ci ilin avqustunda baş verən hadisələri yaddan çıxartmaq istəyir", - cümə axşamı mətbuat konfransında "Vahid Gürcüstan - Demokratik Hərəkat"ın lideri Nino Burcanadze deyib.

O, atəşkəsin elanı üzrə altı bənddən ibarət razılaşmanın əldə olunmasından ötən bir ilə yekun vuraraq bildirib ki, bu müddət ərzində razılaşmaya tam qiymət verilməyib və müharibənin səbəblərinin tam analizi aparılmayıb.

Burcanadzenin sözlərinə görə, bu gün rus silahlı qüvvələri münaqişəyə qədər Gürcüstanın nəzarəti altında olan yerlərdə məskunlaşıblar və bu, Sarkozi-Medvedyev razılaşmasını kobud şəkildə pozur.

Burcanadze bildirib ki, ölkə rəhbərliyi razılaşmanın bütün bəndlərinin yerinə yetirilməsi üçün səmərəli yollar tapa, lazımi diplomatik siyasət həyata keçirə bilməyib.

Bundan başqa, onun sözlərinə görə, rəhbərliyin "58-ci rus ordusunu döyüş meydanından qaçmağa məcbur etməkləri barədə fəxrlə bəyanat verməsi" dəyişməzdir, ancaq eyni zamanda Axalqori və Kador dərələri hazırda Rusiyanın nəzarəti altındadır.

"Bununla yanaşı, bu günə qədər Gürcüstan rəhbərliyinin heç olmasa müəyyən status-kvonun bərpası və bundan da çox ərazi itirməmək üçün konkret hansı addımları atacağı məlum deyil", - Burcanadze deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti