...

Amerikalı general Əfqanıstana qeyri-hərbi yüklərin tranzitinə şərait yaratdığı üçün Qazaxıstana minnətdarlığını bildirib

Siyasət Materials 14 Avqust 2009 11:36 (UTC +04:00)

Qazaxıstan, Astana, 14 avqust / Trend , müxbir K.Konırova /

ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri general Devid Petreus Əfqanıstandakı hərbi koalisiya qoşunlarının təmin edilməsi məqsədilə qeyri-hərbi yüklərin tranziti üçün öz ərazisini təqdim etdiyinə görə Qazaxıstan tərəfinə minnətdarlığını bildirib, QR XİN-in mətbuat xidməti məlumat verib.

"Bu barədə QR-nın xarici işlər naziri Marat Tajinin general-leytenant Devid Petreus ilə görüşü zamanı bildirilib", - mətbuat xidmətinin məlumatında deyilir.

Həmsöhbətlər həmçinin Əfqanıstanın yenidən qurulması, narkotrafikin qarşısının alınması, terrorizm təhlükəsi də daxil olmaqla regional problem xarakterli aktual məsələlərin geniş dairəsi üzrə fikir mübadiləsi aparıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti