Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyononu milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Təbrik məktubunda dövlət başçısı Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hər iki xalqın mənafeyinə uyğun olaraq daim inkişaf edəcəyinə və genişlənəcəyinə əminlliyini bildirib.
Prezident indoneziyalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost İndoneziya xalqına sülh və firavanlıq diləyib.