...

Prezident Saakaşvili BMT Baş Assambleyasında RF Prezidenti Medvedevlə görüşməyi planlaşdırmır - XİN

Siyasət Materials 18 Avqust 2009 20:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 avqust / Trend , müxbir E.Tariverdiyeva /

"Gürcüstan Prezidenti Mixail Saakaşvili sentyabrda BMT Baş Assambleyasında Rusiya Prezidenti Medvedevlə görüşməyi planlaşdırmır", - Trend -a Tbilisidən telefonla Gürcüstan XİN-in informasiya və mətbuat departamentinin rəhbəri İya Maxaraşvili bildirib.

"Mən dəqiq deyə bilərəm ki, prezidentlərin mümkün görüşü barədə informasiya həqiqətəuyğun deyil, - Maxaraşvili deyib. - Bizim Rusiya ilə diplomatik münasibətlərimiz yoxdur və Prezident Saakaşvili Medvedevlə görüşməyəcək".

Avqustun 18-də Gürcüstan KİV-də, müşahidəçilərin sentyabra planlaşdırılan BMT Baş Assambleyasında gürcü-rus danışıqlarının keçirilməsini istisna etmədiyi barədə informasiya yayılıb. Gürcüstanın təhlükəsizliyin analizi mərkəzinin başçısı Devid Smitin bildirdiyinə görə, Nyu-Yorkda vasitəçilər tərəfindən prezidentlər Saakaşvili və Medvedev arasında görüşün keçirilməsinə cəhd ediləcək.

Hər iki lider BMT Baş Assambleyasının iclasında iştirak edəcək.

Smitin sözlərinə görə, Assambleya zamanı belə görüşün keçirilməsinə cəhdlər gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti