...

Bakıda Azərbaycan-Çexiya hərbi-texniki əməkdaşlığı müzakirə olunacaq (YENILƏNIB)

Siyasət Materials 22 Avqust 2009 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 avqust / Trend , müxbir Y.Ostapenko /

Payızda Bakıda Azərbaycanla Çexiya arasında hərbi-texniki sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırlır. Bu məqsədlə oktyabrın ilk günlərində Çexiyanın müdafiə naziri Martin Bartakın Bakıya səfəri nəzərdə tutulub. Bu barədə şənbə günü Trend -a Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə məlumat verib.

Səfərin təşkil işi artıq başlayıb.

Azərbaycan dünyanın 60-a yaxın ölkəsi ilə hərbi-texniki sahədə əməkdaşlıq edir, 30-dan çox ölkə ilə hərbi-texniki əməkdaşlıq haqda müqavilə imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti