...

Azərbaycanın liberalyönlü partiyaları seçki bloku təsis etməklə bağlı razılığa gələ bilmirlər

Siyasət Materials 24 Avqust 2009 14:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 avqust  / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın liberalyönlü partiyalarının bələdiyyə seçkiləri ilə bağlı blok yaratmaq təşəbbüsü baş tutmaya bilər.

"Bizim təşəbbüsümüzlə 12 partiya ilə aparılan məsləhətləşmələrin ikinci mərhələsini uğurlu hesab etmirik", - bazar ertəsi Trend -a Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Trend -un arayışı: ALDP bələdiyyə seçkisində blok şəkilində iştirakla bağlı partiyalarla danışıqlar aparır. Azərbaycanda bələdiyyə seçkisi 2009-cu ilin dekabrında keçiriləcək. Bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

May ayında Azərbaycan parlamentində "Bələdiyylərin birləşdirilməsi haqqında" qanun qəbul edilib. Qəbul edilən qanuna görə, Azərbaycanda bələdiyyələrin sayı 2757-dən 1766-ya enib.

Əliyevin sözlərinə görə, bələdiyyə seçkilərində birgə iştirakla bağlı 12 partiyaya ünvanladıqları təklifə yalnız 4 partiiyadan cavab verilib. "Lakin həmin partiyalar bələdiyyə seçkilərində namizədlərin vahid siyahısı ilə iştirakın tərəfdarıdırlar. Biz isə seçkilərdə hər bir partiyanın öz namizədləri ilə iştirakının tərəfdarıyıq", - ALDP sədri əlavə edib.

Müxalif partiya sədri deyib ki, "Azad Azərbaycan" blokunun təsis olunması ilə bağlı məsələ namizədlərin irəli sürülməsindəki fikir ayrılığına görə baş tutmaya bilər. "Biz bununla bağlı son qərarımızı həftənin sonunda verəcəyik. Əgər müraciət etdiyimiz partiyalarla ümumi razılığa gələ bilməsək seçkilərdə təkbaşına iştirak haqda qərar verəcəyik", - Əliyev vurğulayıb.

АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh Ibadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti