Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirsxaliya /
24-25 avqustda AŞ və Gürcüstan arasında viza rejiminin sadələşdirilməsi və readmisiya haqqında danışıqların növbəti mərhələsi baş tutub.
Gürcüstan XİN-in informasiya və mətbuat departamentinin verdiyi məlumata görə, konstruktiv iş nəticəsində tərəflər arasında viza rejiminin sadələşdirilməsi və readmisiya haqqında müqavilənin mətni razılaşdırılıb.
Müqavilədə Gürcüstan üçün prioritet olan məsələlər nəzərdə tutulub, departamentdən bildiriblər.
Avropa Komissiyasının məlumatına əsasən, tərəflər arasında razılaşdırılmış müqavilə mətninin imzalanması üçün Aİ-yə daxil olan bütün ölkələrin razılığı, sonra isə Gürcüstanın Aİ qanunvericiliyində əvvəlcədən nəzərdə tutulmuş bütün prosedurları keçməsi lazımdır. Üzv ölkələrin razılığının alınması ilə tərəflər müqavilə imzalanması üçün bütün vacib prosedurların yerinə yetirilməsinə başlayacaqlar.
Müqavilənin imzalanması 2009-cu ilin sonuna planlaşdırılır.
Məqalə mətni ilə əlaqə ünvanı: [email protected]