Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Moldova Prezidenti Vladimir Voronini milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Təbrik məktubunda dövlət başçısı Azərbaycan ilə Moldova arasında mehriban dostluq və qarşılıqlı dəstək ənənələrinin, hərtərəfli əməkdaşlığın iki xalqın və ölkənin mənafeləri naminə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini bildirib.