Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir V.Javoronkova /
Azərbaycan və Qazaxıstan hökumətlərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri zamanı imzalanacaq əməkdaşlıq üzrə ikitərəfli müqavilə paketi ilə bağlı işlər həyata keçirilir. Nazarbayevin səfəri 30 sentyabr-1 oktyabr tarixlinə nəzərdə tutulub. Bu barədə cümə günü jurnalistlərə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bildirib.
"Rəsmi səfərlə yanaşı, Qazaxıstan Prezidenti həmçinin oktyabrın 2-3-də Naxçıvanda keçirilməsi nəzərdə tutulan türkdilli dövlətlərin başçılarının sammitində iştirak etməyi planlaşdırır", - Qazaxıstanın Azərbaycandakı səfirliyinin cümə günü Trend -a verdiyi məlumatda deyilir.
Sənədlər avtomobil nəqliyyatı, kənd təsərrüfatı, fövqəladə halların nəticələrinin aradan qaldırılması, gəmiçilik və s. sahələrdə əməkdaşlıq məsələlərini əhatə edir.
Hazırda səfər proqramı və gündəliyin hazırlanması üzrə işlər aparılır.
Prezidentin səfərinə kimi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]