Azərbaycan Prezidenti İlham Əliyev, 2005-ci il noyabrın 25-də Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gənclərlə iş sahəsində əməkdaşlığı haqqında Saziş"in təsdiq edilməsi barədə sərəncam imzalayıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Nazirlər Kabinetinə sazişin həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi, Xarici İşlər Nazirliyinə isə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə MDB İcraiyyə Komitəsinin xəbərdar edilməsi tapşırılıb.