...

Azərbaycan Prezidenti Bəstəkarlar İttifaqının binasının açılış mərasimində iştirak edib

Siyasət Materials 1 Sentyabr 2009 12:27 (UTC +04:00)
Dövlət başçısına məlumat verilib ki, 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli memarlıq abidəsi əsaslı şəkildə yenidən qurulub.
Azərbaycan Prezidenti Bəstəkarlar İttifaqının binasının açılış mərasimində iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Bəstəkarlar İttifaqının əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş yeni binasının açılış mərasimində iştirak edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, 1912-ci ildə inşa olunmuş bu üçmərtəbəli memarlıq abidəsi əsaslı şəkildə yenidən qurulub.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə tarixi binanın yenidən istifadəyə verilməsini və yüksək səviyyədə təmir-bərpa işlərinin aparılmasını bəstəkarların dərin razılıq hissi ilə qarşıladıqlarını bildirib.

Prezident mərasim iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti