...

Sabah "Buket" gəmisinin dörd azərbaycanlı dənizçisi Gürcüstanı tərk edə biləcək

Siyasət Materials 4 Sentyabr 2009 15:11 (UTC +04:00)
Gürcü sərhədçiləri tərəfindən saxlanılan "Buket" gəmisinin dörd azərbaycanlı dənizçisi sabah Gürcüstanı tərk edə biləcək
Sabah "Buket" gəmisinin dörd azərbaycanlı dənizçisi Gürcüstanı tərk edə biləcək

Gürcüstan, Tbilisi, 04 sentyabr / Trend , müxbir N.Kirsxalia /

Gürcü sərhədçiləri tərəfindən saxlanılan "Buket" gəmisinin dörd azərbaycanlı dənizçisi sabah Gürcüstanı tərk edə biləcək. Azərbaycanın Gürcüstandakı səfirliyindən Trend -a verilən məlumata görə, gəmi sahibləri tərəfindən onlar üçün cərimə ödənib.

Gürcü dəniz sərhədçiləri avqustun ortalarında Abxaziyadan Türkiyəyə gedən "Buket" yük gəmisini saxlayıblar. Gəminin ekipajı 13-ü Türkiyə, 4-ü isə Azərbaycan vətəndaşı olmaqla 17 nəfərdən ibarət olub. Gəminin kapitanı, türk vətəndaşı Mehmet Öztürkə Gürcüstanda 24 illik həbs cəzası verilib.

Mənbənin məlumatına görə, Panama bayrağı altında üzən gəminin türk sahibləri ekipaj üzvlərinin azad olunması üçün 30 min dollar odəyiblər.

Azərbaycan vətəndaşları - Taryel Nəsirov (1968-ci il təvəllüdlü), Əsgər Əsgərov (1977), Vüsal Həmzəyev (1985), Əkrəm Zamanov (1981) Gürcüstanı şənbə günü tərk edə biləcək.

Tanker isə hərracda satılacaq.

Türkiyə KİV-in məlumatına əsasən, Türkiyə XİN-in başçısı sentyabrın 7-də Tbilisiyə gələcək. O, gəminin kapitanının cəza müddətinin azaldılması ilə bağlı məsələni müzakirə etmək niyyətindədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti