...

Azərbaycan Prezidenti AMEA şəhərciyindəki parkın əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub

Siyasət Materials 9 Sentyabr 2009 16:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olublar.
Azərbaycan Prezidenti AMEA şəhərciyindəki parkın əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının Akademiya şəhərciyindəki parkın əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olublar. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısına parkda görülmüş işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, 2 hektara yaxın ərazisi olan parkda yenidənqurma işləri mükəmməl layihə əsasında reallaşdırılıb, milli memarlıq üslubu ilə beynəlxalq təcrübə böyük peşəkarlıqla uzlaşdırılıb. Buradakı rəngarənglik orijinal mənzərə yaradır. Parkın gəzinti sahələri tamamilə yenilənib, bu ərazilərə xaricdən gətirilmiş 950 kvadratmetrdən çox qranit və ağ mərmər döşənib, 870 kvadratmetr sahədə yaşıllaşdırma işləri görülüb. Hollandiyadan gətirilmiş 10 mindən çox dekorativ güldən müxtəlif kompozisiyalar yaradılıb.

İstirahət ocağının mərkəzində diametri 24 metr olan fəvvarə parka xüsusi yaraşıq verir. Fəvvarənin avtomatik qaydada işləyən su nasosu İtaliya və Almaniya istehsalıdır. Parkın yenidən qurulmuş suvarma sistemi də avtomatik qaydada işləyir.

Parkda müasir işıqlandırma sistemi quraşdırılıb, yeni oturacaqlar qoyulub.

Görülmüş işlərlə yaxından tanış olan Prezident İlham Əliyev əlavə tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti