...

Azərbaycanın qərbindəki hərbi hissədə əsgər öz əsgər yoldaşını odlu silahla yaralayıb

Siyasət Materials 10 Sentyabr 2009 12:33 (UTC +04:00)
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cümə axşamı Trend News-a bildirib ki, Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə əsgər İmanov Vüsal Eldar oğlu silahla davranış qaydalarına əməl etmədiyinə görə, əlindəki avtomat silahdan açdığı atəş nəticəsində əsgər Fərzəliyev Mübariz İman oğlunu yaralayıb.
Azərbaycanın qərbindəki hərbi hissədə əsgər öz əsgər yoldaşını odlu silahla yaralayıb

Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir K.Zərablıyeva /

Azərbaycanın qərbində yerləşən Tovuz rayonundakı (paytaxt Bakıdan 420 kilometr aralı) N saylı hərbi hissədə əsgər öz əsgər yoldaşını odlu silahla yaralayıb.

Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev cümə axşamı Trend -a bildirib ki, Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə əsgər İmanov Vüsal Eldar oğlu silahla davranış qaydalarına əməl etmədiyinə görə, əlindəki avtomat silahdan açdığı atəş nəticəsində əsgər Fərzəliyev Mübariz İman oğlunu yaralayıb.

Qazax rayon Hərbi Prokurorluğunda bununla bağlı cinayət işi açılıb. Hazırda yaralı əsgər hospitaldadır və vəziyyəti orta stabildir.

Mətbuatda isə bu hadisə tamamilə başqa formaya salınıb və yanlış şəkildə təqdim edilib, guya əsgərlər arasında atışma olduğu və üç nəfərin yaralandığı bildirilib. Məlumat nə Müdafiə Nazirliyi, nə də Hərbi Prokurorluqla dəqiqləşdirilmədiyindən bu cür şişirdilmiş informasiya meydana çıxıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti