Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Penitensiar Xidmətinin əməkdaşı İstintaq Təcridxanasına narkotik keçirmək istəyərkən saxlanılıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə axşamı Trend -a verilən məlumata görə, sentyabrın 9-da saat 19.00 radələrində 3 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən axtarış-baxış tədbirləri keçirilib.
Tədbirlər zamanı həmin təcridxanada nəzarətçi işləyən kiçik ədliyyə çavuşu Elçin Əsədovun özü ilə gətirdiyi ərzaq bağlaması yoxlanılarkən qəndin içərisində gizlədilmiş 2 qram heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Əzizbəyov rayon prokurorluğunda təhqiqat aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]