PremiumPompeyin divarlarında Azərbaycan əraziləri Ermənistan əraziləri kimi göstərilib

Siyasət Materials 11 Sentyabr 2009 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , C.Babayeva /

Roma şəhərində Kolizey memarlıq kompleksinin yanında yerləşən Pompeyin divarları üzərində yerləşdirilən plakatda Azərbaycan əraziləri tam olaraq Ermənistan əraziləri kimi göstərilmişdir.

Plakat 2006-cı ildə yerləşdirilib, bu barədə Azərbaycanın işğal olunmuş ərazilərində Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının cümə günü yayılmış məlumatında deyilir.

Təşkilat bu faktla əlaqədar narahat olduğunu bildirir və Azərbaycanın müvafiq orqanlarının bu kimi halların aradan qaldırılması üçün ciddi tədbirlər görəcəyinə ümid edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti