...

Qəbələ RLS RƏM sahəsi üzrə Amerika-Rusiya əməkdaşlığında potensial prioritetdir - senator

Siyasət Materials 15 Sentyabr 2009 13:36 (UTC +04:00)
"Azərbaycanın Qəbələ radiolokasiya stansiyası (RLS) RƏM sahəsi üzrə Amerika-Rusiya əməkdaşlığında potensial prioritet ola bilər", - Amerikanın Miçiqan ştatından olan senatoru Karl Levin belə hesab edir.
Qəbələ RLS RƏM sahəsi üzrə Amerika-Rusiya əməkdaşlığında potensial prioritetdir - senator

ABŞ, Vaşinqton, 15 sentyabr / Trend , müxir N.Boqdanova /

"Azərbaycanın Qəbələ radiolokasiya stansiyası (RLS) RƏM sahəsi üzrə Amerika-Rusiya əməkdaşlığında potensial prioritet ola bilər", - Amerikanın Miçiqan ştatından olan senatoru Karl Levin belə hesab edir.

"Qəbələ RLS-dən daxil olan məlumat ABŞ-ın izləmə sisteminin mövcud imkanlarına əlavə kimi bütün raket əleyhinə müdafiə diapozonları üçün faydalı olacaq", - Trend -a senator bildirib.

Bu məsələ ABŞ konqresinin növbəti iclasının gündəliyində qeyd olunan "2010-cu ildə Milli Müdafiə üzrə Qanun Layihəsi"nə əlavə edilib.

S.1390 nömrəli sənəd özündə ABŞ və Rusiyanın bir neçə hərbi obyektlər üzrə RƏM sahəsində əməkdaşlığını əks etdirir.

Məruzədə əsas diqqət "Ballistik raket müşahidəsi və ya ilkin xəbərdarlıq, həmçinin Rusiyanın Azərbaycanın Qəbələ rayonunda və Rusiyanın cənubundakı Armavirdə yerləşən ilkin xəbərdarlıq radarları, misal üçün yerləşdirilməsi Çexiya Respublikasında nəzərdə tutulan ABŞ radarının məlumatları üzrə ölkələr və təşkilatların mübadiləsi üçün variantların təsvirinə" ayrılıb.

Moskva "böyük səkkizliy"in 2007-ci ildəki sammitində ABŞ-a Azərbaycanda yerləşən Qəbələ RLS-dən, həmçinin Rusiyanın cənubunda yerləşən Armavirdə inşa edilən raket buraxılışı xəbərdarlığı üzrə stansiyadan birgə istifadə etməyi təklif edib.

Azərbaycanın şimal-qərb hissəsində yerləşən Qəbələ RLS Sovet dönəmində SSRİ-nin raket əleyhinə müdafiə sisteminin vacib elementi qismində inşa edilib. Azərbaycanın müstəqillik qazanmasından və RLS-in onun mülkiyyətinə keçməsindən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı hadisələrə baxmayaraq, ondan istifadəni davam etdirib.

Levinin sözlərinə əsasən, iki ölkə arasında NATO çərçivəsində (RƏM birgə regional arxitektura, birgə təlimlərin keçirilməsi, həmçinin şəffaflıq və inam tədbirləri) əməkdaşlıq Rusiya-Amerika hərbi mçünasibətlərinin potensial istiqamətlərindən biridir.

"Amerika və Rusiyanın RƏM sahəsində İran raketlərindən müdafiə istiqamətindəki əməkdaşlığı "bu məsələ üzrə ciddi müzakirələr başlayan kimi İran üçün böyük xəbərdarlıq olacaq", - Levin bildirib.

"İran genişlənən birliyin bu ölkənin təhlükəli nüvə texnologiyaları üzrə naliyyətlərinə qarşı çıxması ilə üzləşəcək", - Levin bildirib.

ABŞ və bir sıra Qərb ölkələri İranı sülhxarakterli adı altında nüvə silahı hazırlamaqda günahlandırır. BMT Təhlükəsizlik Şurası İrana qarşı beş qətnamə qəbul edib, bunların üçü uranın zənginləşdirilməsindən imtina edilməsini tələb edən və İrana qarşı sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qətnamələrdir. İki qətnamə isə xəbərdarlıq tərkiblidir. Tehran bütün ittihamları təkzib edir və bəyan edir ki, nüvə proqramı ölkənin elektrik enerjisinə olan tələbatının ödənilməsinə yönəlib.

Levinin sözlərinə əsasən, ABŞ ilə Rusiya arasında Birləşmiş Ştatların Polşa və Çexiyada nəzərdə tutulan RƏM yerləşdirməsinə dair fikir ayrılıqları nəzərə alınsa, müdafiə sahəsində əməkdaşlıq üçün heç bir şans yoxdur.

"İran probleminin birgə həll yolları tapılarsa, hər bir ölkənin təhlükəsizliyi arta bilərdi. Bizim təhlükəsizliyin təmin edilməsi ilə bağlı ümumi məsələlərin həllində qarşılıqlı maraqlarımız var, sözsüz ki, cəhd etməyə dəyər", - Levin bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti