...

Azərbaycan, Türkiyə və Rusiya birgə təlimlər keçirməyi planlaşdırır - nazir

Siyasət Materials 18 Sentyabr 2009 18:09 (UTC +04:00)
"Türkiyə və Rusiyanın fövqəladə hallar üzrə qurumlarının rəhbərləri ilə müştərək təlimlərin keçirilməsi barədə razılıq əldə olunub və hazırda məsələ ilə bağlı müzakirələr aparılır", - nazir deyib.
Azərbaycan, Türkiyə və Rusiya birgə təlimlər keçirməyi planlaşdırır - nazir

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan, Türkiyə və Rusiyanın Fövqəladə Hallar qurumları birgə hərbi təlimlər keçirməyi planlaşdırır. Trend -un məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov cümə günü jurnalistlərə müsahibəsində bildirib.

"Türkiyə və Rusiyanın fövqəladə hallar üzrə qurumlarının rəhbərləri ilə müştərək təlimlərin keçirilməsi barədə razılıq əldə olunub və hazırda məsələ ilə bağlı müzakirələr aparılır", - nazir əlavə edib.

Heydərov müzakirələr yekunlaşandan sonra təlimlərin keçiriləcəyi vaxtın müəyyən olunacağını deyib.

Nazir Fövqəladə Hallar Nazirliyinin Bakının Səbayel rayonu ərazisində keçirdiyi "Xəzər 2009" adlı təlimi yüksək qiymətləndirib.

"Azərbaycanda neft sənayesi inkişaf edib. Neftçıxarma qurğuları dənizdədir. Təlimin dənizdə keçirilməsinin də məqsədi tektonik hallarda xilasetmə işlərinə hazırlığımızın səviyyəsini yoxlamaqdır. Bu gün sübut olundu ki, fövqəladə halları aradan qaldırmaqda, xilasetmə işlərində irəliləyişə nail olmuşuq", - nazir bildirib.

Bu gün Fövqəladə Hallar Nazirliyi Bakının Səbayel rayonu ərazisində "Xəzər 2009" adlı təlim keçirib. Təlimdən öncə Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) Fövqəladə Hallar qurumları rəhbərlərinin konfransı keçirilib.

Konfransın yekununda QİƏT-ə üzv olan ölkələrin Fövqəladə Hallar qurumları arasında əməkdaşlığın perspektivlərinin əks olunduğu Bakı Bəyannaməsi qəbul olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti