...

Azərbaycanın Taxıl Fondu yaxın bir neçə ilə yerli sahibkarların hesabına formalaşacaq - nazir

Siyasət Materials 18 Sentyabr 2009 18:22 (UTC +04:00)
Azərbaycanın Taxıl Fondu yaxın bir neçə ilə yerli sahibkarların istehsal etdiyi taxıl hesabına formalaşacaq. Trend News-un məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov cümə günü jurnalistlərə müsahibəsində bildirib.
Azərbaycanın Taxıl Fondu yaxın bir neçə ilə yerli sahibkarların hesabına formalaşacaq - nazir

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Taxıl Fondu yaxın bir neçə ilə yerli sahibkarların istehsal etdiyi taxıl hesabına formalaşacaq. Trend -un məlumatına görə, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov cümə günü jurnalistlərə müsahibəsində bildirib.

"İqtisadi İnkişaf Nazirliyi yerli sahibkarlara yüksək keyfiyyətli taxıl sortları almaq üçün güzəştli kreditlər verəcək. Bunun nəticəsində də yaxın bir neçə il ərzində Taxıl Fondunun ehtiyatlarını yerli sahibkarların istehsal etdiyi taxıl hesabına formalaşdıra biləcəyik", - nazir əlavə edib.

Trend -un arayışı: Azərbaycan Prezidenti İlham Əliyevin ötən il imzaladığı fərmanla dövlət taxıl fondu Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilib və bununla əlaqədar ölkədə taxıl və un üzrə dövlət ehtiyatlarını tənzimləmək səlahiyyəti Kənd Təsərrüfatı Nazirliyindən alınaraq Fövqəladə Hallar Nazirliyinə həvalə olunub.

Nazirlər Kabinetinin qərarına görə, fondda ölkənin 2 aylıq ehtiyacı qədər ehtiyat saxlanmalıdır və bu da təqribən 270 min ton taxıl edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti