Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanda bələdiyyə seçkisinə qoşulmaq istəyən səlahiyyətləri başa çatmamış bələdiyyələrin sayı artmaqda davam edir.
"Mərkəzi Seçki Komissiyasına səlahiyyətləri başa çatmamış bələdiyyələrdən 81 müraciət daxil olub", - cümə axşamı Trend -a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.
Trend -un arayışı: Azərbaycanda 2006-cı ildə keçirilən təkrar və əlavə bələdiyyə seçkilərinin əhatə etdiyi bələdiyyələrin səlahiyyət müddəti 2011-ci ildə bitəcək.
Azərbaycanda bələdiyyə seçkisinin bu ilin dekabrın ortalarında keçirilməsi gözlənilir. Azərbaycanda bələdiyyələrin birləşdirilməsi prosesi nəticəsində onların sayı 2760-dan 1720-ə qədər enib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]