...

Dağlıq Qarabağ münaqişəsi həll olunmadan regionda sülhün bərqərar olması qeyri-mümkündür - Azərbaycanın xarici işlər naziri

Siyasət Materials 25 Sentyabr 2009 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir Ü.Sadıxova /

Dağlıq Qarabağ münaqişəsi həll olunmadan regionda sülhün və təhlükəsizliyin bərqərar olması mümkün deyil, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Livanlı həmkarı Fauzi Salloux ilə BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçirilən görüşündə bildirib, XİN-nin press-relizində deyilir.

Nazirlər Azərbaycan və Livanın Yaxın Şərqdə və Cənubi Qafqazdakı müxtəlif problemlərə baxışları və ümumi maraqlarını müzakirə ediblər.

Azərbaycanlı nazir livanlı həmkarına Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkənin mövqeyini bildirib və qeyd edib ki, bu münaqişə həll olunmadan regionada sülhün və təhlükəsizliyin bərqərar olması mümkün deyil.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti