ABŞ Prezidenti Barak Obama Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə ikitərəfli görüş zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin "kritik vacibliyi" ona məlumdur. Məlumatı Anadolu informasiya agentliyi yayıb.
İki liderin ABŞ-ın Pitsbuqr şəhərində görüşü zamanı Yaxın Şərq, həmçinin Türkiyə, Ermənistan və Azərbaycanın problemləri nəzərdən keçirilib.
Prezident Obama Türkiyə və Ermənistan münasibətlərindəki irəliləyişi müsbət qiymətləndirib və bunun bütün region üçün vacibliyini qeyd edib.