...

Azərbaycan Prezidenti Buxarestdəki naməlum əsgərin məzarını ziyarət edib

Siyasət Materials 28 Sentyabr 2009 18:57 (UTC +04:00)
Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Buxarestdəki "Karol-1" xiyabanına gələrək, naməlum əsgərin məzarını ziyarət edib.
Azərbaycan Prezidenti Buxarestdəki naməlum əsgərin məzarını ziyarət edib

Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Buxarestdəki "Karol-1" xiyabanına gələrək, naməlum əsgərin məzarını ziyarət edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb, Azərbaycan və Rumıniyanın dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoyub və İkinci Dünya müharibəsi zamanı həlak olmuş rumın əsgərlərinin xatirəsini yad edib.

Xəbər lenti

Xəbər lenti