Sentyabrın 28-də Buxarestdə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş naziri Emil Bok ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında iqtisadi, həmçinin energetika sahəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, ölkələrimiz arasında bu istiqamətdə əlaqələrin inkişafı üçün böyük potensial vardır.
Görüşdə Azərbaycan-Rumıniya iqtisadi əməkdaşlığının ölkəmizin Avropa İttifaqı ilə iqtisadi əlaqələri baxımından əhəmiyyəti vurğulanıb.
Tərəflər əmin olduqlarını bildiriblər ki, ölkələrimizin iqtisadi əlaqələri bundan sonra da inkişaf edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyanın Baş naziri ilə görüşüb