Birinci xanım!

Birinci xanım!

Trend oxucularına Türkiyənin ən məhşur və nüfuzlu jurnallarından olan "FirstBusiness" in avqust nömrəsində millət vəkili Qənirə Paşayevanın Azərbaycanın birinci xanımı, millət vəkili, Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş geniş məqaləsini türk və ingilis dillərində təqdim edir. Böyük tirajla nəşr edilən "FirstBusiness" jurnalı təkcə Türkiyədə deyil, onun hüdudlarından kənarda da məhşur jurnallardan biridir. Məqalədə Mehriban xanım Əliyevanın bütün istiqamətlərdə geniş fəaliyyətindən ətraflı bəhs olunub. 

Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir.

Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir.

Mehriban Əliyeva

Doğurdan da o, dünyadakı yeri və rolu yeganə və bənzərsizdir. Mehriban Əliyeva - Azərbaycanın "First Lady" si, millət vəkili, Azərbaycan-Amerika Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, fəlsəfə elmləri doktoru və 3 gözəl övladın anası!

Onun təkcə Azərbaycan üçün deyil, Türk Dünyası, Müsəlman Dünyası və ümumiyyətlə dünyamız və insanlq üçün xidmətlərini göz önündə canlandırılan zaman görürük ki, o, bu gün Türk və Müsəlman Dünyasının şəriksiz qadın ilderidir.

Mehriban Əliyeva bir neçə gün əvvəl "XXI ƏSRİN BÖYÜK QADINI" FƏXRİ TİTULUNA NOMİNANT kimi irəli sürülüb. Onu bu nominasiyaya irəli surənlərin Kanada vətəndaşları olması Mehriban Əliyevanın fəaliyyətinə beynəlxalq aləmdə verilən qiymətin göstərici kimi qəbul olunur.

Kanada Beynəlmiləl Universal Bəşəri Dəyərlər Mərkəzinin İdarə Heyətinin üzvləri bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət ediblər. Amerika Bioqrafiya İnstitutuna müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanımın öz ölkəsinin mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş geniş fəaliyyətini vurğulayıblar.

Müraciətdə Mehriban Əliyevanın bütün sahələrdə gördüyü böyük işləri, beynəlxalq miqyasda fəaliyyətini qeyd edən müəlliflər onun bu nominasiya üçün ən gözəl namizəd olduğunu vurğulayırlar.

Sənəddə deyilir: "Xanım Əliyevanın təşəbbüsü ilə Niaqarada Azərbaycan Muğamı Günləri keçirilməsi, Niaqara Festivalının təşkilati strukturu çərçivəsində "İpək yolu" komitəsinin yaradılması Şimali Amerikanın mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Qədim İpək yolu üzərində yerləşən ölkələrin musiqisinin və bütün mədəniyyətinin inkişafına kömək məsələsində xanım Əliyevanın rolu nəzərə alınaraq, ona Niaqara Festivalının yüksək mükafatı - dünya mədəniyyətlərinin və sivilizasiyaların yaxınlaşması və inteqrasiyası üzrə nəcib missiyanı həyata keçirən insanın qədim rəmzi olan "Sülh qızılgülü" mükafatı verilmişdir..."

Qeyd edim ki, Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına daxil olmuş digər müraciəti Niaqara şəhər meri lord Qeri Borrou imzalamışdır.

Əslində Mehriban Əliyevanın həyatı, fəaliyyəti, dünyaya baxışı gənc qızlar və qadınlar üçün gözəl bir örnəkdir.

O, Türk və Müsəlman qadının bütün dünyada yüksək səviyyədə tanınması və qəbul edilməsi üçün yorulmaz bir fədakardır. O, artıq gözəlliyi və ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə və Şərqdə adından tez-tez söz etdirir.

Azərbaycan Prezidenti İlham Əliyevlə bir müddət əvvəl Londona səfəri zaman bəzi qərb mətbuatı Fransa və Amerikanın birinci xanımını onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirdilər. Çünki o, təkcə gözəlliyi, zövqü və birinci xanım olması ilə deyil, böyük, yorulmaz və humanist fəaliyyəti ilə də artıq dünyada geniş şəkildə tanınır. Üstəlik o, ana olaraq 3 gözəl övlad yetişdirib.

Xarici səfərlər zamanı onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq. Mehriban Əliyeva ilə görüşmüş dünyaca ünlü siyasət, ictimaiyyət, mədəniyyət sahəsi insanlarından onun haqqında daim müsbət fikirlər eşidirik. Demək olar ki, hamısı da fikrini belə bitirir. Azərbaycanın bəxti gətirib! Bu, inkar olunmayacaq bir həqiqətdir.

Hətta Türkiyənin televiziya kanallarından birinin məhşur xanım aparıcılarından biri efirdə onun haqqında "Mənim "First Lady"m" deyəndə bundan çox qürurlanmışdım. Bir müddət sonra Türkiyədə söhbətimiz zamanı həmin aparıcı ölkəsində nə qədər insanın Mehriban Əliyevaya heyran olduğunu, onunla qürur duyduğunu, Türk millətini və Türk dünyasını ən yüksək səviyyədə təmsil etdiyi üçün ona böyük hörmət və sevgilərinin olduğunu deyəndə çox təsirlənmişdim. Əslində bunun belə olduğunu özüm də bilirdim. Çünki tez-tez olduğum qardaş Türkiyədə görüşdüyüm insanların demək olar ki, hamısı onun haqqında suallar verir, müsbət fikirlərini deyirlər. Bu cür fikirləri dünyanın çox ölkələrində eşitmək mümkündür.

Mehriban Əliyeva - YUNESKO-nun xoşməramlı Səfiri!

2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb.     

Ümumiyyətlə isə o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasında dayanır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında böyük Azərbaycan ziyalılarının yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. YUNESKO-nun baş katibi Koişiro Masuuranın iştirakı ilə Azərbaycanla təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib.

Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın dünyanı valeh edən bu ecazkar musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarınn iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazandı. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz Muğam Musiqisi YUNESKO-nun qeyri-maddi irs siyahısına salındı.

Mehriban xanımın rəhbərliyi ilə hazrlanan və məhşur muğam ustalarının valehedici ifalarının toplandığı Qarabağ Xanəndələri albomu bu gün bütün dünyada onu sadəcə bircə dəfə dinləyənləri cazibəsindən buraxmır və heyran qoyur. 

Hazırda Azərbaycanın, Türk millətinin qədim müsiqisi olan Aşıq Musiqisi, Aşıq yaradıcılığının, milli bayramımız olan Novruz bayramının YUNESKO-nun qeyri-maddi irs siyahısına salınması istiqamətində ciddi işlər görülür. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsin qorunması siyahısına daxil olmasında da onun böyük xidmətləri var.

O, Azərbaycan həqiqətlərinin Dünyaya çatdırılması işində yorulmaz fədaidir!

Mehriban Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri, həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasına toxunmayan bir çıxışını belə xatırlamaq çətindir.

O, təkcə çıxışlarında deyil, rəhbərlik etdiyi təşkilatların fəaliyyətində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində böyük işlər görür. Dünyanın demək olar ki, bir çox dillərində Azərbaycan həqiqətləri adlı kitablar nəşr olunub ki, burada Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırım, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, Türk insanına qarşı törətdiyi vəhşiliklər barədə geniş məlumatlar öz əksini tapır. Bundan başqa Heydər Əliyev Fondu Ermənistanın Xocalı şəhərində törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırmaq üçün bir neçə dildə film də hazırlamışdır. Dünyanın çoxlu sayda ölkələrində Fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümündə böyük tədbirlər keçirilir, Xocalı soyqırımını anladan foto və "Xocalı uşaqların gözü ilə" adlı rəsm sərgilər nümayiş olunur. Həmin dövrdə bu soyqırımla bağlı dünyanın kütləvi informasiya vasitələri jurnalislərinin şahidi olduqları materiallardan, onların məqalələrindən ibarət sərgi də dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond erməni yalanlarını, Azərbaycan həqiqətlərini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən çoxlu sayda kitablar nəşr etdirərək, dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması istiqamətində böyük işlər görür. O, YUNESKO ilə yanaşı, həm də Müsəlman dünyasını özündə birləşdirən İslam Konfransı Təşkilatının ən böyük qurumu olan İSESKO-nun da xoşməramlı səfiridir və bu vəzifədə də Müsəlman dünyasını layiqincə təmsil edir.

Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə 2006-cı il noyabrın 24-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüş Mehriban Əliyevanın 3 il ərzində gördüyü işlər təşkilat tərəfindən ən yüksək səviyyədə qiymətləndirilir.

Azərbaycan paytaxtı Bakı şəhəri 2009-cu ildə İslam Dünyası Paytaxtı elan edilmişdir. Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı bir körpü rolu oynaması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı Azərbaycanın bir çox ölkələrə gözəl nümunə olması haqqında dünyada yaranan müsbət düşüncənin formalaşmasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı onun da böyük xidmətləri var.

Amerika Birləşmiş Ştatlarının nüfuzlu "WASHİNGTON TİMES" qəzetinin onun haqqında dərc etdirdiyi məqalədə deyilir: "AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA MÜSƏLMAN DÜNYASINDAKI QADINLAR ÜÇÜN ƏN YAXŞI NÜMUNƏDİR!"

O, dünyanın 10-a yaxın ölkəsinin birinci xanımının və planetin 60-dan çox ölkəsindən gəlmiş lider qadınların iştirakı ilə "Mədəniyyətlərarası Dialoqda Qadınların Rolunun Genişləndirilməsi" adlı beynəlxalq konfransın həm təşəbbüsçüsü, həm də təşkilatçısı oldu.

Dünyanın iki önəmli təşkilatı, YUNESKO və İSESKO-nu da bu böyük tədbirə cəlb edərək DÜNYAMIZIN GƏLƏCƏYİ ÜÇÜN ƏN ÖNƏMLİ MƏSƏLƏ OLAN MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİNİN VACİBLİYİNİ, YOLLARINI VƏ ƏLDƏ EDİLƏ BİLƏCƏK NAİLİYYƏTLƏRİ BİR PLATFORMA KİMİ ORTAYA QOYDU!

Afrikadan tutmuş Avropaya, Asiyadan tutmuş Amerikaya və İslam ölkələrinə qədər bir çox ölkənin birinci xanımının (Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan da iştirak edirdi) və dünyanın 6 qitəsindən gələn və öz ölkələrinin ictimai-siyasi, mədəni həyatında böyük rol oynayan qadınların, İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlunun rəhbərliyi ilə təşkilat rəsmilərinin, Avropa Şurası rəsmilərinin və dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarından təmsilçilərin iştirakı ilə keçən müzakirələrdə qonaqlar Azərbaycanın bir Türk və Müsəlman ölkəsi kimi Mədəniyyətlər və Sivilizasiyalararası dialoqla bağlı gördüyü böyük işləri yerində görməklə yanaşı, Bakının Qərblə Müsəlman Dünyası arasında önəmli bir qapı olaraq oynaya biləcəyi böyük rolu xüsusi vurğuladılar.

O, həm də fəaliyyəti ilə Mədəniyyələr və Sivilizasiyalararası dialoqa necə nail olmağın yolunu, qadınların bu sahədə nə qədər böyük rol oynaya biləcəyini də göstərir. 2010-cü ildə də Mehriban xanımın təşəbbüsü ilə bu mövzuda yeni bir beynəlxalq konfrans da keçiriləcək. Onun təşəbbüsü ilə "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinoqoqlar da təmir olundu və insanların rahat ibadət etməsi üçün şərait yaradıldı.

O, Azərbaycan nümunəsində göstərdi ki, Mədəniyyətlərarası və Sivilizasiyalararası dialoqa yalnız qarşlıqlı hörmət və dözümlülüklə nail olmaq olar.

Mehirban Əliyevanın keçdiyi həyat yoluna nəzər saldıqda qısa zaman ərzində gördüyü böyük işlər insanı valeh edir. Bu sadəcə SEÇİLMİŞLƏRƏ verilən bir istedad, ağıl və güc sayəsində mümkündür!

O, 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti kimi də Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması istiqamətində böyük işlər görmüşdür. Məsələn, Mehriban Əliyevanın 1996-cı ilə təsis etdiyi və 3 dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan - İrs" jurnalı Azərbaycan mədəniyyətinin təbliğ olunması istiqamətində önəmli bir addm olmuşdur.

Mehriban Əliyeva - Azərbaycan Gimnastika Federasiyasının prezidenti! 

O, həmişə işin asanından deyil, ən çətinindən yapışır. O, bütün dünyaya göstərdi ki, Azərbaycan qızı, yəni Türk-Müsəlman qızları öz gözəllikləri və təravəti ilə idmanın Gimnastika sahəsində də böyük uğurlar əldə edə bilərlər.

2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilən Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qızları qısa zaman ərzində Avropa və Dünya çempionatlarının medallarını qazanmağa və hər kəsi Azərbaycan bayrağı qarşısında ayağa qaldırmağa nail oldular.

O, Azərbaycan qızlarının idmanın bu növündə də ən böyük uğurlara imza atmağa qadir olduğunu nümayiş etdirdi. Bu gün Gimnastika sahəsində Azərbaycan qızları əldə etdiyi uğurlarla nəinki Türk və Müsəlman dünyasında liderdir, eləcə də bir çox Avropa və Qərb ölkələrini belə arxada qoyur.

Bu, onun zəhmətinin bəhrəsidir. Cəmi bir il sonra onun gördüyü böyük işlər və beynəlxalq aləmdə artmaqda olan nüfuzu sayəsində Beynəlxalq Gimnastika Federasiyası Bədii Gimnastika üzrə 2003 və 2004-cü il Dünya Kuboku yarışlarının və 2005-ci il Dünya Çempionatının Azərbaycanda keçirilməsinə dair qərar qəbul etdi. 2007-cü il iyunun 29-da isə Bədii Gimnastika üzrə 23-cü Avropa Çempionatı Azərbaycanda keçirildi. Bu cür mötəbər yarışların bir-birinin ardınca Azərbaycanda keçirilməsi, Mehriban Əliyevanın nüfuzunun, onun fəaliyyətinə verilən qiymət və ona olan etimadın göstərici idi.

Çox yüksək səviyyədə keçirilən bu yarışlar Azərbaycanın dünyada nüfuz və müsbət imicini daha da artırmışdır. Bu böyük uğurların cəmi 7 il ərzində əldə edildiyini nəzərə alsaq, onun Azərbaycanda Gimnastikanın inkişafında tarixi rol oynadığını görə bilərik. 

Mehriban Əliyeva - Heydər Əliyev Fondunun prezidenti! 

Dünyada adından söz etdirən Heydər Əliyev Fondunun cəmi 5 il əvvəl yarandığına bir çox xarici qonaqlar da ilk əvvəl inana bilmirlər. Cəmi 5 il və bu qədər nailiyyətlər! Heydər Əliyev Fondu bu gün artıq Dünya miqyasında qəbul olunan bir təşkilata çevrilib. 

Onun bir çox ölkələrdə (ABŞ, Rusiya, Türkiyə, Rumıniya, Gürcüstan və.s) nümayəndəlikləri fəaliyyət göstərir və qurum çoxsaylı layihələri ilə artıq təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da böyük işlər görür. O, deyir: "Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir". Xeyirxahlıq və Humanizm! Bu, onun bütün fəaliyyətinin ana xəttini təşkil edir. Onun rəhbərlik etdiyi Fond maddi vəziyyəti ağır olan minlərlə xəstəni əməliyyat və müalicə etdirərək yenidən həyata qayıtmalarına dəstək olmuşdur. O, bu kasıb insanların müalicə olunaraq sağlamlıqlarına qovuşmasına dəstək göstərməsindən mənəvi rahatlıq tapır və öz timsalında bu önəmli ənənələrin cəmiyyətdə daha da möhkəmlənməsində böyük rol oynayr. Sizə ehtiyacı olanların yanında olacaqsınız! Yardımınıza ehtiyac olanlara əl uzadacaqsınız! Bu, bir insanlıq vəzifəsidir. Budur onun həyat fəlsəfəsi və cəmiyyətə aşıladığı müsbət dəyərlər! 

Yoxsul insanlar daim onun rəhbərlik etdiyi Fondun diqqət və qayğısındadır. Onun qapısını döyən hər bir kəsə kömək göstərilməyə çalışılır. Əslində bu gün Azərbaycan Prezidentindən sonra insanların ən çox müraciət etdiyi insanın Mehriban Əliyeva olması insanların ona olan böyük inam, etimad və sevgisinin göstəricisidir. Bu gün sadə insanlar Ona mərhəmət, xeyirxahlıq və humanizm simvolu kimi baxırlar!

Müstəqil Azərbaycanın Xeyriyyəçilik İnstitutunun təkanvericisi!

O, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanda Xeyriyyəçilik İnstitutunu fəal inkişaf etdirdi. Çünki Azərbaycanlıların tarixi xeyriyyəçilik ənənələri Sovet dövründə itib getmişdi. Məlum ideoloji və sosial-siyasi səbəblər üzündən həqiqi xeyriyyəçilik fəaliyyətinin əhatə dairəsi son dərəcə məhdudlaşdırılmış, praktik olaraq, yalnız məişətdə kömək formasında qalmışdı. O, müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutunun yenidən formalaşıb inkişaf etməsində böyük rol oynadı. O, müasir dünyada və müasir anlamda xeyriyyəçiliyin daha geniş anlam daşıdığını bəyan etdi və bir məktəbin əsasını qoydu. O, deyir: "Müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. Xeyriyyəçilik fəaliyyəti müəyyən əmlakın, o cümlədən pul vəsaitlərinin verilməsi, müəyyən işlərin görülməsi, xidmətlərin təqdim edilməsi formasında həyata keçirilə bilər. Həmin fəaliyyətin nədən ibarət olmasından və məhz kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əgər əvəzsiz və könüllü şəkildə yaxşılıq edilirsə, nemətlər yaradılırsa, bu fəaliyyətin xeyriyyəçilik hesab edilməsi tamamilə düzgündür. Başqa sözlə desək, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir".

Bəli, o həm də əsil xeyriyyəçidir! Öz qəlbinin və vicdanının səsi ilə vəsaitini, qüvvəsini, vaxtını və enerjisini xeyirxah əməllərə, cəmiyyət və dünya üçün vacib məsələlərə təmənnasız sərf edir!

O, Azərbaycanda xeyriyyəçi insanların da dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində yüzlərlə məktəblər tikdirərək uşaqların daha yaxşı təhsil almaları üçün əlindən gələni edir. Təhsili bir millətin gələcəyi üçün ən önəmli məsələ hesab edən Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas diqqət mərkəzində olan məsələlər arasında təhsil ön sıradadır.

Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş ailələrdən birinci sinfə gedən övladlar artıq neçə ildir ki, Fond tərəfindən lazımi məktəb ləvazimatları ilə təmin olunurlar.

Azərbaycan torpaqlarının müdafiəsi uğrunda əlil olmuş insanlar arasında ev ehtiyacı olanların evlə təminatına yardım edilir. Qarabağ müharibəsində əlil olmuş insanlar, şəhid ailələri, veteranlar, qaçqın və məcburi köçkünlər, onların problemləri daim onun diqqəti mərkəzindədir.

O, Tibb məntəqələri yaxşı olmayan bölgələrdə tibb məntəqələri tikdirərək insanların sağlamlığına xidmət edir. Ona görə yox ki, o həm də gözəl bir həkimdir. Ona görə ki, millətin gələcəyinin sağlam gənclikdən asılı olduğunu gözəl bilir və bunun üçün əlindən gələni edir. Təkcə fiziki deyil, həm də mənəvi sağlamlıqla bağlı... Onun təşəbbüsü ilə tikilən məktəblərdə gənclərin yüksək səviyyədə təhsili, inkişaf üçün lazım olan bütün şəraitlər yaradılır. Gənclərin boş vaxtlarının zərərli meyillərə yönəlməsinin qarşısının alınması, bu vaxtın daha səmərəli xərclənməsi, gənclərin bir vətəndaş kimi yetişməsi də daim onun diqqət mərkəzindədir və bu sahədə də çox saylı layihələr həyata keçirilir.

O, daim çətin vəziyyətə düşən insanların yanındadır. Kasıb dializli xəstələrin bahalı dializ prosedurlar almasında problemlər yaranan zaman o, xaricdən ən yüksək səviyyəli avandanlıqlar alaraq onların istifadəsinə verir. Görmə qabiliyyətindən məhrum uşaqlarla görüşündə onlar üçün oxumağın və təhsilin çox önəmli olduğuna diqqət çəkir və bundan dərhal sonra onun dəstəyi ilə bu insanların oxuya bilməsi üçün yüksək səviyyəli mərkəz qurulur, ən yüksək səviyyəli xüsusi avadanlıqlarla təhciz edilib istifadəyə verilir. O, bu uşaqların saçlarını sığallarayaq kövrəlir, onların əldə etdikləri şəraitdən necə sevindiyini görüb sevinir.

Azərbaycanda ata və ana himayəsindən məhrum qalan uşaqlar ona Mənəvi Ana kimi baxırlar. Bu səbəbsiz deyil. Çünki o, uşaq evləri, internat məktəblərini himayəsi altına alaraq onların normal böyüməsi üçün əlindən gələni edir. O, işlərinin çoxluğuna baxmayaraq, valideyn himayəsindən məhrum olan və bu evlərdə, məktəblərdə böyüyərək ailə həyatı quran gənclərin toy mərasimlərini yüksək səviyyədə təşkil edir, iştirak edir, onlarla sevinir, oynayır, şənlənir və onların özlərini tənha, kimsəsiz hiss etmələrinə imkan vermir. Tez-tez bu uşaqlara baş çəkir, onların fikirləri, problemləri və arzuları ilə maraqlanır, bir ana kimi tövsiyələrini də verir.

Ata-ana himayəsindən məhrum olan uşaqların qaldığı evlər, internat məktəbləri ən yüksək səviyyədə təmir-bərpa olunub, hər cür avadanlqla təhciz olunub. Buradakı uşaqlar normal ailələrdə böyüyən uşaqlar kimi hər bir şeylə təmin olunublar. O, hər şeylə bir-bir özü maraqlanır. Bir ana, bir valideyn kimi... tez-tez bu evlərə, məktəblərə baş çəkərək uşaqlarla vaxt keçirir, onlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalşır.

Ən önəmli bayramlarda onlar üçün məclislər təşkil edir və onlarla birlikdə əziz günləri qeyd edir, sevinir, əylənir. O gözlərdəki işıq onun üçün ən gözəl hədiyyədir. O, bu uşaqların ata-analı uşaqlar kimi yetişməsi üçün yorulmadan çalışır və minlərlə uşaq üçün ana vəzifəsini yerinə yetirmək kimi şərəfli bir missiyanı həyata keçirir.  

Amma o, heç nəyin ata-ana məhəbbətini əvəz etmədiyini bəyan edərək, insanları daha məsuliyyətli və daha həssas olmağa çağırır. O, uşaqların ailə mühitində böyüməsi üçün həyata keçirilən bütün layihələrin təşəbbüsçüsü və dəstəkçisi olur.

Talassemiya adlı irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsindədir. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycanda könüllü donorluq daha da inkişaf etmiş və bu uşaqların pulsuz qanla təminatı problemi aradan qaldırılmşdır. İnsanlar arasında təmənnasız şəkildə qan verməklə talassemiya və hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən insanların pulsuz qanla təmin olunmasına kömək göstərilməsi ənənəsinin cəmiyyətdə möhkəmlənməsində onun böyük rolu var. Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Azərbaycanda Avropa səviyyəli Talassemiya Mərkəzi qurulmuşdur ki, bu da talassemiyalı insanlara kömək etməklə yanaşı, ölkədə talassemiya xəstəliyinin azaldılması istiqamətində də böyük rol oynaya bilər.

Azərbaycanda şəkər xəstəliyindən əziyyət çəkən uşaqlar da onun himayəsi altındadır. Vaxtaşırı bu uşaqlar Heydər Əliyef Fondu tərəfindən lazımi dərmanlarla təmin olunurlar. Bu uşaqların çöhrəsində, gözlərində yaranan hər bir gülüş onun üçün bir dünyadır. O, deyir: "Xeyriyyəçiliyin ictimai əhəmiyyətindən danışarkən vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı çətin məqamda başqalarından dəstək almış insan özü də imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyl edəcəkdir".

Xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. "İnsan öz xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər" deyən Mehriban Əliyeva cəmiyyətdə bu düşüncənin əməllərlə daha da möhkəmlənməsi üçün öz fəaliyyəti ilə böyük rol oynayır.

Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi sahəsində Azərbaycanın bir çox qədim tarixi, dini və mədəni abidələri yüksək səviyyədə bərpa olunmuşdur. Cavad Xan Türbəsi, Comərd Qəssab Türbəsi, qədim dövrlərə aid Hamam Kompleksi və bir çox tarixi, dini və mədəni abidələri buna misal çəkmək olar. O, Azərbaycan gəncliyinin öz tarixinə, mədəniyyətinə bağlı şəkildə yetişməsi və sahiblənməsinin, gəncliyin yüksək vətənpərvərlik ruhunda yetişməsinin böyük önəm daşıdığını daim vurğulayaraq bu istiqamətdə çoxsaylı layihələrə dəstək verir.

O, hesab edir ki, hər bir vətəndaş dövlətinin və cəmiyyətinin inkişafı üçün təmənnasız kömək etməyi nəinki bacarmalıdır, bunu özü üçün bir vətəşdaşlıq borcu kimi qəbul etməlidir. "Həmişə öz ləyaqətini saxlamaq, özünə və prinsiplərinə sadiq olmaq!" O, bu həyat devizi ilə yaşayır və uğurlar bir-birini əvəz edir!

Mehriban Əliyeva - Millət vəkili!

Azərbaycanın hansı bölgəsinə getsəniz, hər kəs Mehriban Əliyevanın oradan millət vəkili olmasını arzulayır. Millət vəkili kimi təmsil etdiyi Əzizbəyov rayonu hər gün qurulur, inkişaf edir. Sadə insanlar bu qədər geniş fəaliyyət dairəsi olan bir insanın tez-tez onlara baş çəkərək problemləri, istəkləri ilə maraqlanmasını yüksək qiymətləndirir və qürur duyurlar.

Çünki onları təmsil edən millət vəkili təkcə bölgəsi üçün deyil, dövləti və milləti üçün böyük işlər görən bir insandır. İnsanlar ona humanizmin simvolu kimi baxırlar. Millət vəkili olduğu dövrdə iki dəfə parlamentə Amnistiya aktı ilə bağlı qanun layihəsi təqdim etmiş və millət vəkillərinin də dəstəyi ilə öz səhvini başa düşmüş və cəzasının bir hissəsini çəkmiş minlərlə məhbus azad edilərək öz ailəsini qovuşmuşdur.

Cinayət törətməmiş qadınların çoxu demək olar ki, həbsxanalardan azad edilərək öz övladlarına, yaxınlarına qovuşmuşdur. Bu humanizm aksiyası cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, "biz səhvini başa düşən insanlara yenidən şans verərək, kömək edərək onları cəmiyyətimizə yararlı vətəndaşlar kimi qazandırmalıyıq" deyərək yeni bir yanaşma tərzini ortaya qoydu. O, qadınların bütün sahələrdə rolunun daha da genişləndirilməsinə böyük diqqət verir. Yadımdadır, ABŞ-a səfəri zamanı bu ölkənin ictimai-siyasi xadimləri ilə görüşündə Azərbaycan qadınlarının seçib-seçilmək haqqını nəinki Müsəlman Şərqi, hətta Birləşmiş Ştatlar qadınlarından əvvəl 1918-ci ildə Müstəliq Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə etdiyini xüsusi vurğulayan Mehriban Əliyeva Azərbaycan qadınının təhsili, inkişafı, cəmiyyətin müxtəlif sahələrində, dünyada daha yüksək səviyyədə təmsil olunmasına böyük dəstək verir. O, parlamentdə Azərbaycan-Amerika kimi çox vacib bir Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik etmək missiyasını da uğurla həyata keçirir.

ABŞ-a səfərlərindən biri zamanı onu müşayiət edənlər arasında idim və dünyanın bu "supergücündə" görüşdüyü adamlarda böyük təəssürat yaratdığını görmək çətin deyildi. O, iki ölkə arasında əlaqələrin və əməkdaşlığın daha da genişlənməsi, Amerikanın Azərbaycanı daha yaxından tanıması, Azərbaycan həqiqətlərinin, mədəniyyətinin daha geniş təbliğ olunması istiqamətində ciddi addımlar atır. Birləşmiş Ştatların bir neçə məhşur qeyri-hökumət təşkilatları ilə Heydər Əliyev Fondu arasında imzalanmış əməkdaşlıq müqavilələri də əlaqələrin inkişafı üçün önəmli addımlardandır.   

Çoxlu sayda senator, konqresmen, ictimai-siyasi xadimlər, jurnalistlər və müxtəlif sahələrin təmsilçilərinin iştirak etdiyi axşam yeməyində onun çıxışından sonra masa arxasında bu Azərbaycan qadınının ağlı, dünyaya baxışı ilə yanaşı, gözəlliyi də hər kəsin müzakirə mövzusu idi. Qadınlar onu gözəllik və üslub etilonu hesab edirlər. O, isə hesab edir ki, əsil gözəllik insanın xarici gözəlliyi ilə daxili gözəlliyinin vəhdətindən yaranır.

Onun ən gözəl xüsusiyyətlərindən biri təvazökarlığıdır. Bu qədər böyük fəaliyyətə baxmayaraq, heç bir zaman özü haqqında danışmağı sevmir. O, öz işi ilə insanların sevgisini qazanır! Qardaş ölkə olan Pakistanda zəlzələ nəticəsində Müzəffərabad şəhərində məktəb tamamilə dağılmışdı. Uşaqlar çadırlarda ağr şəraitdə oxuyurdular. Məhz onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Pakistan qızlarının yüksək səviyyədə təhsil alması üçün dünya standartlarında, ən müasir texnologiyalarla təmin olunmuş böyük məktəb tikərək istifadəyə verdi. Bu nə qədər gənc müsəlman qızın yaxşı təhsil alması deməkdir! Bu nə qədər gənc müsəlman qızın gələcəyi deməkdir!

Azərbaycandan kənarda yaşayan soydaşlarımız da daim onun diqqət mərkəzindədir. Gürcüstanda, öz tarixi ata-baba torpaqlarında yaşayan 500 min Azərbaycan Türkünün təhsili, öz mədəniyyətini qoruyub saxlaması istiqamətində çoxlu sayda layihələr həyata keçirilir. Artıq neçə illərdir ki, Gürcüstan Azərbaycanlılarının birinci sinfə gedən uşaqları məktəb ləvazimatları ilə təmin olunurlar. Azərbaycan Türklərinin gürcü dilini, kompüter texnologiyalarını yaxşı bilməsi üçün çoxlu sayda kurslar açılıb. Yüksək səviyyəli mərkəz tikilərək istifadəyə verilib. Onun rəhbərlik etdiyi Fondun dəstəyi ilə Azərbaycan Türklərinin yüksək səviyyəli musiqi, rəqs qrupları qurulub ki, indi onlar millətimizi təkcə Gürcüstan səviyyəsində deyil, ən beynəlxalq səviyyəli müsabiqələrdə də təmsil edirlər. Soydaşlarımızın yaşadığı bəzi kəndlərdə məscidlərin bərpa olunmasına, su xətlərinin çəkilməsinə kömək göstərilir. Leyla Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi isə bu ölkədə yaşayan, təhsil alan insanlarımızın təhsili, mədəniyyətimizin qorunması və təbliği, gənclərin vətənpərvərlik ruhunda yetişməsi, bu ölkədə layiq olduqları yeri əldə etməsi üçün böyük işlər görür. O, cümlədən Fondun Rumıniya və Türkiyə nümayəndəliyi də çox fəal şəkildə fəaliyyət göstərir.

O, təkcə birinci xanım deyil, həm də prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Azərbaycan inkişafı, gələcəyi ilə bağlı mübarizə aparan ən yaxın silahdaşı....

O, Azərbaycanın köklü bir ailəsinin qızı, birinin isə gəlini olaraq Vətənə, Millətə xidmət düşüncələrinin hökm sürdüyü bir mühitdə həyata addımlarını atdı. Babası məhşur Azərbaycan yazıçısı və alimi Mircəlal Paşayev SSRİ-nin ən ağır dönəmlərində belə milli düşüncə, milli sevda ruhunu gənclərə aşılamaq üçün ədəbiyyatdan bir silah kimi istifadə etmişdir. Ana tərəfdən babası isə məhşur jurnalist, gözəl ziyalı Nəsir İmanquliyev idi. O, Azərbaycan Aviasiyasının inkişafında böyük xidmətləri olan, məhşur alim, Aviasiya Akademiyasının rəhbəri Arif Paşayevlə, təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanında və dünyada hörmətlə xatırlanan məhşur ərəbşünas alim Aida İmanquliyevanan tərbiyəsi ilə böyüyüb. İkinci böyük və çox önəmli məktəbi isə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin ailəsində keçib. Amma o, hər zaman ailəsinin adını daha da yüksəkliklərə qaldırdı. Mükəmməl övlad, mükəmməl gəlin, mükəmməl həyat yoldaşı, mükəmməl ana və mükəmməl nənə oldu. Ən əsası isə, o, Millətinə və Vətəninə mükəmməl bir övlad oldu!

Mehriban Əliyeva qadının nə ailəni karyeraya, nə də karyeranı ailəyə qurban vermədən uğurlar əldə edə bilməsinin gözəl bir nümunəsi, həm də örnəyidir. O, gənc qızlar və qadınların kumirinə çevrildi. Ona oxşamaq istəyənlərin, onun fəaliyyətindən ruhlananların sayı on minlərlədir!

Bu gün dünya ondan danışır. Azərbaycanın FİRST LADY-sindən! O, sözün həqiqi mənasında bu gün bütün Türk və Müsəlman dünyasının lider qadınıdır. 2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban Əliyeva "İlin qadını" adına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatı ilə təltif edilmişdir. Lakin onun fəaliyyəti təkcə Azərbaycanda deyil, bütün dünyada qiymətləndirilir.

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeninə layiq görülmüşdür. 

Bundan başqa, Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevanı ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı ilə təltif etmişdir.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva "Qızıl ürək" beynəlxalq mükafatına, ÜMUMDÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATININ İSƏ QIZIL MEDALINA da layiq görülmüşdür.

O, öz fəaliyyəti ilə önəmli bir tarix yazır. Onun yazdığı tarixin hər sətiri insanlara sevgi ilə doludur. O, deyir: "Xoş söz, xoş niyyət, xeyirxah əməl. Hələ dahi Azərbaycan şairi Nizami deyirdi ki, nə vermisənsə, o da sənindir". Mehriban Əliyeva təkcə rəsmi statusuna görə FİRST LADY deyil, həm də bu cür dəyərlər və düşüncələrinə, təkcə Azərbaycan dövləti və xalqı üçün deyil, bütün insanlıq üçün etdikləri ilə sözün əsil mənasında FİRST LADY-dir.

Qənirə Paşayeva

Azərbaycan Milli Məclisinin deputatı

Azərbaycanda əmtəə qazının hasilatı artıb
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Loading Bars
Xəbər lenti
Türkiyə XİN iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
İngiltərədə Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Sumqayıt şəhər polis idarəsinin rəisinin Gəncəyə təyinatı ilə bağlı məlumat yalandır - DİN
Rusiyada daha 510 nəfər koronavirusdan öldü
44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb - İcra başçısı
Sabahın hava proqnozu açıqlanıb
Evi tərk edən daha 4 koronavirus xəstəsi saxlanıldı (FOTO)
Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir - Ərdoğan
Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar - Şuşa əməliyyatının iştirakçısı (FOTO)
OPEC+ neft hasilatını daha iki-üç ay müddətinə azaltmaq niyyətindədir.
Bugünədək sahələrdən 6240 ton tütün yığılıb
Ağsu icra başçısı dəfn olundu
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Tovuzda evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb (FOTO)
Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdədir (FOTO)
"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi (FOTO/VİDEO)
Şəkidə koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri gücləndirilib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb
ABŞ-da edam üsullarının sayı artırılıb
Kəlbəcər rayonunun İstisu qəsəbəsi (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq - Fuat Oktay
Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq - Erməni əsgərindən etiraf
Böyük Qələbəyə bir neçə saat qalmış şəhid olan qəhrəmanımız (FOTO)
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır (ÖZƏL)
BŞBPİ-də bu vəzifə ləğv edildi
Göyçayda yaşadığı evi tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Bağlanmış bankların əmanətçilərinə 600 milyon manata yaxın kompensasiya ödənilib
Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir
Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb
Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib
Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb (VIDEO)
Bakı küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb (FOTO)
Pakistan Respublikasının səfiri Bakı Şəhər İcra Hakimiyyətində qəbul edilib
Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur - Fransa parlamentinin fəxri üzvü
ABŞ-ın Los-Anceles dairəsinin hakimiyyəti sakinlərə evdən çıxmamağı tövsiyə edib
Üsyançılar Eritreya paytaxtına raket atıblar
Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub
ABŞ-da koronavirusa yoluxanların sayı 13 milyonu keçdi
"OPEC plus" nazirlər komitəsinin qeyri-rəsmi görüşü təxirə salındı
Bakıda gözətçi köşk yanıb, 1 nəfər ölüb
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Argentinada Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb
Bütün xəbərlər