...

ABŞ-ın dövlət katibi Qazaxıstan Prezidentinin Astanaya səfər dəvətini qəbul edib

Siyasət Materials 29 Sentyabr 2009 10:29 (UTC +04:00)
QR-nın xarici işlər naziri Kanat Saudabayev Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak çərçivəsində ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşüb, bu barədə Trend News-a QR XİN-nin mətbuat katibi İlyas Omarov bildirib.
ABŞ-ın dövlət katibi Qazaxıstan Prezidentinin Astanaya səfər dəvətini qəbul edib

Qazaxıstan, Astana, 29 sentyabr / Trend , müxbir K.Konırova /

QR-nın xarici işlər naziri Kanat Saudabayev Nyu-Yorkda BMT Baş Assambleyasında iştirak çərçivəsində ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüşüb, bu barədə Trend -a QR XİN-nin mətbuat katibi İlyas Omarov bildirib.

"Hillari Klinton görüş zamanı ABŞ-ın Qazaxıstan ilə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin gələcəkdə də dərinləşdirilməsi və genişləndirilməsində maraqlı olduğunu bildirib", - Omarov qeyd edib.

Onun fikrincə, "ABŞ Qazaxıstan Prezidentinin nüvə silahının üfiqi və vertikal yayılmaması barədə yeni Müqavilənin işlənməsinə dair çağırışını qiymətləndirir". Bununla əlaqədar olaraq gələn yaz ABŞ-da nüvə təhlükəsizliyi üzrə qlobal sammitin keçirilməsinin və Nursultan Nazarbayevin həmin sammitdə iştirakının vacibliyi qeyd olunub.

Omarovun sözlərinə əsasən, xanım Klinton qazaxıstanlı həmkarının Qazaxıstana səfər dəvətini məmnuniyyətlə qəbul edib.

"Məlum olduğu kimi, o, hələ 1988-ci ildə ABŞ-ın birinci xanımı qismində ölkəmizə səfər edib, ona görə dövlət katibi ölkənin ötən dövr ərzində əldə etdiyi nailliyyətlər, ilk növbədə isə paytaxt Astana ilə daha dərin tanışlıqda maraqlı olduğunu bildirib", - Omarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti