...

Azərbaycanlı deputatın hazırladığı məruzə AŞ PA Komitəsində müzakirə edilib

Siyasət Materials 29 Sentyabr 2009 16:03 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsi çərçivəsində növbəti məruzə ilə bağlı işini tamamlamaq üzrədir. Bununla əlaqədar olaraq, komitənin sentyabrın 29-da AŞ PA-nın payız sessiyası çərçivəsində keçirilən toplantısında müzakirə aparılıb.
Azərbaycanlı deputatın hazırladığı məruzə AŞ PA Komitəsində müzakirə edilib

Fransa, Strasburq, 29 sentyabr / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ətraf mühit, kənd təsərrüfatı və regional məsələlər komitəsi çərçivəsində növbəti məruzə ilə bağlı işini tamamlamaq üzrədir. Bununla əlaqədar olaraq, komitənin sentyabrın 29-da AŞ PA-nın payız sessiyası çərçivəsində keçirilən toplantısında müzakirə aparılıb.

Müzakirələrdə komitənin sentyabrın 4-də Parisdə keçirilmiş iclasında azərbaycanlı deputatın "Səs və işıq çirkləndirmələrinin ətraf mühit üçün yaratdığı risklər" mövzusundakı məruzəsi ilə bağlı keçirilmiş kollokviumun əhəmiyyətli olduğu qeyd edilib. Həmin toplantıya qatılmış Fransanın görkəmli mütəxəssisləri və ekspertlərinin Rafael Hüseynovun məruzəsi barədə müsbət rəyləri komitədə bir daha qeyd olunub.

Hüseynovun təqdim etdiyi məruzənin artıq növbəti ilin qış, yaxud yaz sessiyasında assambleyanın gündəliyinə salınmağa hazır olduğu qeyd edilib. Məruzənin istər elmi, istərsə də siyasi baxımdan yüksək səviyyəli olduğu bildirilərək, müəllifin müəyyən etdiyi meyarların üzv ölkələrdə tətbiqinin Avropa Şurası Nazirlər Komitəsi tərəfindən tövsiyə edilməsi məqsədəuyğun hesab edilib.

Bundan əlavə, məruzənin bütün Avropa ölkələri üçün xüsusi əhəmiyyəti nəzərə alınaraq, onun nəşr edilməsi zərurəti təsdiq edilib.

Komitə Rafael Hüseynovun hazırladığı məruzədə yalnız sırf bir ekoloji problemin araşdırılmadığını, eyni zamanda, insan hüquqları problemi ilə bilavasitə bağlı olan sahələrin də yer aldığını xüsusi vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti