Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan təhsilinin inkişafında xidmətlərinə və təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsinə görə bir sıra təhsil işçilərinin "Əməkdar müəllim" və "Əməkdar mühəndis" fəxri adları ilə ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Bu barədə xəbəri AzərTac İnformasiya Agentliyi yayıb.
Digər sərəncam ilə Prezident bu sahədə xidmətlərinə görə bir sıra təhsil işçilərini "Tərəqqi" medalı ilə təltif edib.